SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Hamiləliyin 12-ci həftəsi

whatsappda paylaş Whatsapp-la göndər
Hamiləliyin 12-ci həftəsi
12-ci həftə Ana: Hamiləliyin ilk 3 ayının qurtarması ilə düşük təhlükəsi aradan qalxır. Bu isə gələcək anaları rahatladır.Səhərlər mədə bulanmaları azalır. Qarın hissədə qara çizgilər hiss olunacaq. Qarın boşluğunu əllə müayinə etdikdə yumuşaq bir futbol topunu hiss edəcəksiniz. Həkim müayinəsindən əlavə hamilələr öz çəkilərini nəzarətdə saxlamalıdır. Bu paltarsız, acqarnına və sidiyə çıxdıqdan sonra edilməlidir.Bu həftələrdə çəki artımı sürətlənir deyə onu nəzarətdə saxlamaq lazımdır. Hər gün fərqli meyvə və tərəvəz yeyilməli, protein və karbohidratlı qidalara ehtiyatla yanaşmaq lazımdır. Hər gün 6-8 stəkan su içmək faydalıdır. Döşlərdə həssaslıq davam edə bilər. Qəbizlik, baş ağrısı, mədədə qıcqırma, yanma hissləri də özünü hələki biruzə verəcək. Qəbul etdiyiniz fol turşusu da buna səbəb ola bilər. Ona görə onu adətən yeməkdən sonra qəbul edin. Uşaq: Uşağın boyun 55-60 mm olur. Çəki isə 14 qramdır. Döl mayeni qebul etmə və tullantıları kənara atmaq qabiliyyətinə malikdir. Körpənin barmaqları tam inkişaf edib və dırnaqlar böyüyür. Onun qulaqları da öz yerini alıb. Gözlərini bağlaya bilir. Döldə qan şəkərinin nizamlamaq üçün insulinin ifrazıda başlamışdır. Qaraciyər də öz fəaliyyətindədir. Bu həftədən plasenta hormon istehsalının əhəmiyyətli bir hissəsini öz üzərinə götürür. Hipofiz vəzi sayəsində böyümə hormonu, süd və triodi oyandıran hormon ifraz olunmağa başlayır. Saçlar və dırnaqlar uzanmaqda davam edir. Bu həftənin ən maraqlı dəyişikliyi isə səs tellərinin inkişafıdır. Ancaq onun ağlamaq səsini isə dinləmək 6 ay sonra mümkün olacaq. Həftənin məlumatı: Bu həftə körpədə daun sindromunun olub, olmaması müayinə edilə bilər. İki nəfərlik qidalanma : Soya məhsullarından istifadə faydalıdır. Onlar zülal və kalsiumla zəngindir.Soya südünü armud və bananla blenderde qarışdırıb içmək faydalıdır. Hamiləlikdə zülalla zəngin yağsız ət, balıq süd məhsullarından istifadə lazımdır. Zülallı qidalar: Toyuq əti, yer fıstığı, fıstıq əzməsi, qatıq, mərci ,balıq, yumurta, pendir
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hamiləlik
Baxış sayı: 1987
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN