SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Hamiləliyin 13-cü həftəsi

whatsappda paylaş Whatsapp-la göndər
Hamiləliyin 13-cü həftəsi
Ana: 13-cü həftəylə başlayan hamiləliyin 2-ci trimesteri hamilələrin "bal ayı” adını alıb. Çünki bu zaman ana hamiləlikdən öncəki vəziyyətinə qayıdır. Qusmaq və bulantılar artıq xatirəyə çevrilir. Ana özünü yaxşı hiss edir. Fiziki narahatlıqlar yox olur. Bu aylarda ilk dəfə ana olacaq qadınlar uşağa necə qulluq edilməsini öyrənmnəli, gələcək körpəyə pediatr axtarışına çıxmalıdır. Sinənizdə həssaslıq davam edə bilər. Baş ağrısı, qəbizlik və mədədə yanma hissi olacaq. Bu aylarda qarın nahiyyəsindəki çatlara qarşı da nəsə eləməlisiniz. Bu çatlar qalıcı ola bilər. Bol maye içmək, meyvə və tərəvəzdən istifadə zəruridir. İdman eləməyi də unutmayın. Çatlara qarşı, badam və kakao yağı istifadə edin. Körpə: Onun boyu 7 sm olup ağırlığı 24 qramdır. Bağırsaqları artıq qarın boşluğuna yerləşib. Səs telləri inkişaf edib. Üz çizgiləri , burun, gözlər qulaqlar öz yerini tutub. Qollar uzanıb daha rahat hərəkət edir. Plasenta tam gücüylə hormon ifraz edir. Uşaq bununla qidalanır və oksigenlə təmin olunur. Körpə amniotik mayeni ağciyərləri ilə alıb verməyə başladı Həftənin məlumatı: Qan müayinəsi ilə hemoqlabinin sayı müəyyənləşir. Hamilədə qan azlığı bu yolla müəyyən oluna bilər. Dəmir çatışmazlığı hemoqlobinin azlığına səbəb ola bilər. Ət və yaşıl yarpaqlı bitkilər dəmirlə zəngindir. Dəmiri qəbul etmədikdə uşaq ananın "dəmir ehtiyat”ını yox edəcək. Bu isə anada erkən doğuma, qan azlığına səbəb olacaq. 3 aydan sonra hamilələr dəmirin orqanizmdə artması üçün müalicə almalıdır. İki nəfərlik qidalanma : Hamiləlikdə və hamiləlikdən sonra qanda oksigenin hərəkəti üçün dəmir çox vacibdir. Onu da bildirək ki, heyvani qidalardakı dəmir, bitki və tərəvəzlərə nisbətən orqanizm tərəfindən tez əmilir. Ət yemirsinizsə, orqanizmdə dəmirin əmilməsini artırmaq üçün C vitaminli qidalara üstünlük verin. Tərkibində dəmir olan həblər də həkim tərəfindən məsləhət görüləcək. Dəmir ana və uşaq üçün təbii bir ehtiyacdır. Onun azalması hamilələrdə saç tökülməsi dərinin solğunlaşması baş verir. Hətta doğum zamanı uşaqlıqda yığılmalar ola bilər. Sizə dəmirlə zəngin qidaları təqdim edirik. Yağsiz qırmızı ət , ton balığı, qaraciyər, üzüm
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hamiləlik
Baxış sayı: 2014
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN