SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Hamiləliyin 14-cü həftəsi

whatsappda paylaş Whatsapp-la göndər
Hamiləliyin 14-cü həftəsi
14-cü həftə Ana: Hamilələrin bir çoxunda bir sıra qidalardan iyrənmək hissi yaranır. Hormonların nizamlanması ilə bu sonrakı həftələr aradan. Əəgər siz sosiska, kolbasa və qızartmalardan iyrənməniz əslində çox yaxşıdır. Hətta qəhvədən iyrənməniz belə sizin sağlam hamiləliyiniz üçün bir şansdır. Ananın döşləri sürətlə böyüyür. Hətta onların uclarında "xolostrium” adlı sarı maye gələ bilər. Bundan narahat olmayın. Bu maddə doğuşdan sonra övladınızın ilk qidası olacaq. Döşlərdəki çatlara nəmləndirici və çat əleyhinə olan kremlər sürtün Qarın çatları ilə bağlı da tədbirlər görün. Baş ağrısı. mədədə yanma hissi, qəbizlik davam edə bilər. Sidik ifrazı intensivləşəcək. Körpə: Onun boyu 8.8 sm, çəkisi isə 43 qramdır. Körpənizin artıq özünəməxsus barmaq izi mövcuddur. Sümükləri sərtləşməyə başlayıb. Onun dərisi çox həssas və incədir. Bədənini "lanugo” adlı tük təbəqəsi örtür. Bu tüklər 28-ci həftəyə qədər böyüməyə davam edir. Körpə oğlandırsa rrostat, qızdırsa yumurtalıqlar qarın boşluğunda yerini alır. Körpə dölyani maye içində sürətli hərəkət etməyə başlayır. Bu maye 3 saatdan bir ozünü yeniləyir. Həftənin məlumatı: Damarların torlanması hər 10 hamilədən 5-də görülən hadisədir. Daha çox üzdə, qollarda, boyunda və sinədə hiss olunur. Estorogen hormonu və hamiləlikdə qan dövranının sürətlənməsi buna səbəb olur. Ağ dərili xanımlarda buna daha çox təsadüf edilir. Bu vəziyyəti həkiminizə bildirin. Bu zaman sizin qaraciyəriniz müayinə oluna bilər. C vitamini çatışmadığı təqdirində sizə tərkibində C vitamini olan həblər tövsiyyə olunacaq. Dar paltarlar geyməyin. İdmanla müntəzəm məşğul olun. Damarlanmalar hamiləlikdən sonra yox olacaq. İndi üzdə olan damarlanmaları isə lazerlə yox etmək mümkündür. İki nəfərlik qidalanma: Bir çox hamilələr allergik reaksiyalardan qorxub əslində çox faydalı balı yeməkdən qorxur. Bal yeni doğulan körpələrdə həzm sistemi zəif olduğu üçün onlarda zəhərlənməyə səbəb ola bilər. Lakin hamilə qadınlar bal yeyə bilər. Bunun dölə heç bir ziyanı yoxdur.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hamiləlik
Baxış sayı: 3671
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN