SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Hamiləliyin 15-ci həftəsi

whatsappda paylaş Whatsapp-la göndər
Hamiləliyin 15-ci həftəsi
15-ci həftə Ana: Artıq böyüyən uşaqlıq sayəsində hamiləlik bilinir. Ətrafınızda olanlar da qarnınızı hiss edir. Qadının bir neçə dəfə hamilə olmasından sonra, yəni üçüncü hamiləlikdə qarın daha tez hiss oluna bilər. Bu əzələlərin elastik olması ilə bağlıdır. Bəzi hamilələr bu həftə uşağın hərəkət etdiyini hiss etdiklərini iddia edə bilərlər. Lakin ana 20-ci həftəyə qədər körpənin hərəkətlərini hiss etməyə bilər. İlk hamilələrdə bu gec baş verir. Bir neçə hamiləlik yaşayan xanımlarda isə bu erkən hiss oluna bilər. Bunun əsas səbəbi ananın əvvəlki hamiləlikdə uşağın hərəkətlərini xatırlaması ilə bağlıdır. Bu həftədə aaş ağrısı, mədədə yanma hissi, qəbizlik davam edə bilər. Daxilə qəbul edilən dəmir və vitaminli həblər buna səbəb ola bilər. Sidik ifrazı bu həftə daha da intensivləşəcək. Çünki, böyüyən döl sidik kisəsini sıxdığından bu proses bir qədər də sürətlənir. Qəbizliyin qarşısını almaq üçün müntəzəm olaraq duru yeməklər yeyin. Çəkini nizamlı saxlamaq üçün gün ərzində 6-8 stəkan su içilməlidir. Yaranan çatlara qarşı kakao yağı işlətməkdə davam edin. Körpə: Onun boyu 10 sm. çəkisi 70 qramdır. Xırda tükcüklər (lanugolar) sürətlə onun bütün bədənini örtməyə davam edir. Körpənin dərisi o qədər incədir ki, dəri altında damarları görmək mümkündür. Ayaqları artıq sürətlə uzanır. Artıq bədən ölçüsü başdan bir qədər artıqdı. Onun qulağq hissəsində daxili qulaq adlanna sumukləri inkişafa başlayır. Lakin o sizi hələki eşitmir. Dırnaqlar sürətlə uzanır. Artıq onun saçları var . Qaşlar və kipriklər də yaranmağa başlayır. Həftənin məlumatı: Bu həhtə gələcək anlar cinsi əlaqədən zövq aldıqları qədər, nifrətdə edə bilər.Bəzi qadınlarda cinsi istək daha çox olur. Hətta bəzi qadınlar məhz bu aylarda ilk dəfə orqazm yaşaya bilir. İlk 3 ayın mədə bulantıları və yorğunluğundan sonra bu çox rahat olur. Bu həftə "daun sindromu” ilə yanaşı doğuşda baş verə biləcək fəsadlar əvvələcədn müayinə yolu ilə aşkarlana bilər. İki nəfərlik qidalanma: Kran suyundan içmək və ya onu yeməkdə istifadə etmək olmaz. Çünki, adi kran suyunun tərkibində bakteriyalar və ağır metallar var. Bəzi metallar uşağın beyninin inkişafına mənfi təsir göstərə bilər. Kran suyu 3-5 dəqiqə axdıqdan sonra onu bir qaba yığmalı, qaynatdıqdan sonra içmək lazımdır. Şüşədə satılan sularda kimyəvi maddələr olmadığı üçün onlardan istifadə etmək olar.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hamiləlik
Baxış sayı: 3785
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN