SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Hamiləliyin 18-ci həftəsi

whatsappda paylaş Whatsapp-la göndər
Hamiləliyin 18-ci həftəsi
Ana: Anaların hamısının arzusu körpənin dərhal ilk hərəkətini hiss etməkdir. Tipik olaraq ilk hərəkətin hiss olunması 18-22-ci həftədə baş verir. Əslində yeddinci hamiləlik həftəsindən etibarən hərəkətli olan körpə ancaq indi anaya mesaj göndərəcək qədər güclənib. Güzgüyə baxdıqda üz dərinizdə artmış ləkələrdən əlavə incə damarlar da hiss olunur.Buna görə üz dəriniz qırmızı rəng alır. Yüngül bir makiyajla bunu gizlətmək mümkündür. Unutmayın ki, bu ötəri bir problemdir. Quru saçlar daha da quruyur. Yagl saçlar isə daha da yağlanır. Saçlarınız cansız görünür. Onlara uyğun saç şampunlarından istifadə edin. Qəbizlik və mədə problemləri davam edir. Qəbizliyə qarşı su içməyi və meyvə yeməyi ununtmayın. Körpə: Onun uzunluğu 14 sm çəkisi 190 qramdır. Plasenta sürətlə inkişaf edir. Körpənin qol və qıçları uzanmaqdadır . Səs tellərinin inkişafı tamamlansada onun ağlamasını eşitməniz üçün bir az daha səbr etməlisiz. Uşağın ürəyi hələ inkişaf edir. Onun bütün bədənini isə ağ və yağlı bir maddə olan "verniks” sürətlə örtür. Bu uşaq üçün qoruyucu bir təbəqədir. i Həftənin məlumatı: Hər 100 hamilədən 90-da qarının alt tərəfində, bəzən sinə və yanlarda çatlar yaranır. Bu çatlar hamiləlik hormonları ilə bağlıdır. Qırmızı və ya gümüşü rəngdədir. Çatlar əsasən irsi xarakter daşıyır. Artıq çəki, nizamsız qidalanma, az miqdarda maye qəbulu çatları daha da artırır. Bunun qarşısını almaq üçün elastikliyi qoruyan kremlərdən istifadə edin. İki nəfərlik qidalanma: Qəbizliyə görə nizamlı qidalanmaq lazımdır. Sulu qidalar və olduqca çox maye qəbulu da sizin üçün faydalıdır. Ərik qurusu və şirəsi sizə kömək edəcək. Lifli qidalara üstünlük verin. Ərik, əncir,kələm, üzüm və paxlalı tərəvəzlər bağırsaqların fəaliyyətini sürətləndirir. Kəpəkli çörəkdən əlavə dietoloqlar hamilələrə səhər bir yaşıl alma yeməyi tövsiyyə edir. Qəbizlik üçün razyana çayı içməyin. Onun körpəyə zərəri var. Gündə bir dəfə qatıq yeyə bilərsiz. Gündəlik gəzintilər də həzm sistemini normallaşdırır
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hamiləlik
Baxış sayı: 2313
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN