SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Kitablar bizim ən yaxşı dostumuzdur

whatsappda paylaş Whatsapp-la göndər
Kitablar bizim ən yaxşı dostumuzdur
Nigar, kitab oxumağı çox sevərmiş. Boş zamanlarını davamlı kitab oxuyaraq, yeni məlumatlar öyrənərək keçirərmiş. Nigarın yoldaşı Anar isə heç kitab oxumaz, boş vaxtlarını kompyuterin başında oyun oynayaraq vaxtını keçirərmiş. Bir gün Anar ad gününü qeyd etmək üçün Nigar və digər yoldaşlarını dəvət etmişdi. Yoldaşları Anara oyuncaqlar, kompüter oyunları hədiyyə etmişdi. Nigar isə Anara bir hekayə kitabı almışdı. Anar, Nigarın hədiyəsi ilə heç maraqlanmadan dərhal yeni kompyüter oyunları ilə oynamağa başlamışdı. Bir gün Anarın kompyuteri xarab olmuşdu. Anar oynayacaq oyun tapa bilmədiyi üçün çox sıxılmışdı. Otağında özünə yeni bir oyuncaq axtararkən Nigar ona ad günündə hədiyyə etdiyi hekayə kitabını tapmışdı. Əvvəl bir-iki səhifə oxuyur, sonra da küçəyə oynamağa gedərəm demiş amma kitabı oxuduqca çox xoşuna gəlmiş. Kitabdakı hekayələrin hamısı bir-birindən gözəldir. Anar oxuduqca yeni-yeni şeylər öyrənirmiş. Kitabı bitirincə kaş ki daha əvvəl kompüter oynamaq yerinə kitab oxusaydım. Kitablar oyunlardan daha gözəl həm də çox əyləncəlidir. Bundan sonra mən də həmişə kitab oxuyacağam demişdi. Nigar da yoldaşı Anarın kitab oxumağa başladığını eşidəndə çox sevinmişdi. Ona öz kitablarından borc vermişdi. Bundan sonra Anar daha az kompyuter oyunu oynamış, özünə yeni kitablar almış və vaxtını boş yerə keçirtməmişdi.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hekayələr
Baxış sayı: 4853
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN