SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Vitaminlər

whatsappda paylaş Whatsapp-la göndər
Vitaminlər
A Vitamini Faydaları: Antioksidant xüsusiyyəti vardır, sərbəst radikalların mənfi təsirinə mane olur Orqanizmin toxmalarını yeniləyir Dərini gözəlləşdirir Həzm sistemini gücləndirir Bəzi xərçəng növlərindən qoruyur Az olduqda: Gözdə quruluq Dəridə quruluq Sümük və dişlərdə çürümə əmələ gəlir Çox olduqda: Baş ağrısı Qusma Dəridə sarılıq baş verir Nəyin tərkibində var? Yaşıl yarpaqlı tərəvəzlərdə, kök, ıspanaq, pomidor, qaysı, şaftalı, dəniz məhsulları, qaraciyər, süd və süd məhsulları, yumurtada A vitamini vardır. D Vitamini Faydaları: Sümük inkişafı və sümüklərin güclənməsinə Kalsiyumun əzələ daxilinə daşınmasına təsiri var Az olduqda: Sümüklərdə yumuşalma və müxtəlif sümük xəstəlikləri yaranır Çox olduqda: Qanın tərkibindəki kalsiyum miqdarının artması Böyrək xəstəlikləri Qəbzlik Ürəkbulanma Qusma və.s. kimi hallara rast gəlmək olar. Nəyin tərkibində var? Dəniz məhsulları, qaraciyər, yumurta, süd və süd məhsullarının tərkibində vardır. E Vitamini Faydaları: Antioksidant xüsusiyyəti vardır Anemiyanın qarşısını alır Hüceyrə və toxmaları xarici təsirlərdən qoruyur Xərçəngdən qoruyucu təsiri vardır Az olduqda: Dəqiq bilinmir Çox olduqda: Baş ağrısı Əzələlərdə gücsüzlük Yorğunluq baş verir. Nəyin tərkibində var? Bitki yağları, dəniz məhsulları, quru meyvələr, yumurta və.s tərkibində var. B1 Vitamini Faydaları: Hüceyrələrin, sinir və həzm sisteminin işləməsi üçün lazımlıdır Qidaların enerjiyə çevrilməsinə kömək edir Az olduqda: Sinir və həzm sistemi problemləri İştahsızlıq Yorğunluq Çəki itgisi Mədə bulantısı baş verir Çox olduqda: Digər B vitaminlərinin qəbuluna mənfi təsir edir Nəyin tərkibində var? Buğda, ciyər, yerfıstığı, quru üzüm, portağal, quru lobyanın tərkibində vardır. B2 Vitamini Faydaları: Qidaların enerjiyə çevrilməsinə kömək edir Az olduqda: Dəridə quruma və çatlama Görmə problemləri İşığa qarşı həssaslıq İştahsızlıq yaranır. Çox olduqda: B1 və B6 vitaminlərinin sorulmasına mane olur Nəyin tərkibində var? ət , qara ciyər , yumurta , süd , kəsmik , paxla , ispanaq , itburnunun tərkibində vardır. B3 Vitamini Faydaları: Qidaların enerjiyə çevrilməsinə kömək edir İştahı artırır, həzmi asanlaşdırır Sinir sisteminin düzgün işləməsinə kömək edir Az olduqda: Qarınağrısı Ağızda yaralar Həddindən qartıq az olduqda pallegra xəstəliyi baş verir. Çox olduqda: Qaraciyərin funksiyası pozulur Qanda şəkərin miqdarı artır Ürək döyüntülərində problem yaranır Nəyin tərkibində var? Toyuq, balıq, yerfıstığı, pomidorda qarabaşaq (qreçka) , maya , böyrək , soyanın tərkibində olur. B6 Vitamini Faydaları: Qidaları orqanizmin istifadəsinə hazırlayır. Az olduqda: Depresiya Ağızda quruluq Dəridə qaşıntı baş verir. Çox olduqda: Təsadüfi rast gəlmək olar Nəyin tərkibində var? Banan, toyuq, qozda dənli bitkilər , mal əti , süd , qara ciyər , balıq , yumurtanin sarısı , çörəyin tərkibində olur. C Vitamini Faydaları: İmmuniteti artırır Yara ve iltihabların sağalmasına təsir edir Diş ətlərinin sağlamlığına müsbət təsir edir Damarları gücləndirir Az olduqda: Diş ətlərində qanama Yorğunluq və iştahsızlıq Yaraların gec sağalması baş verir. Çox olduqda: Böyrək daşı əmələ gəlməsi İshal yaranır. Nəyin tərkibində var? Portağal, yaşıl bibər, çiyələk, qreyfurt, pomidorda C vitamini vardır Kalsiyum Faydaları: Sümük və dişlərin inkişafı üçün lazımlıdır Sinir sisteminin və əzələlərin sağlam işləməsinə kömək edir Az olduqda: Uşaqlarda raxit Sümüklərdə yumuşalma Osteoxandroz yaranır. Çox olduqda: Böyrək daşları Yumuşaq toxmalarda yüksək miqdarda kalsiyum Əzələ tutulmaları baş verir. Nəyin tərkibində var? ərik , böyürtkən , pendir , süd , lobya , şaftalı , ananas , turp , ciyərin tərkibində olur. Fosfor Faydaları: Sağlam sümük inkişafı üçün lazımlıdır Qidaları enerjiyə çevirir Az olduqda: Çox az rast gəlmək olar Çox olduqda: Qanda kalsiyumun miqdarını aşağı salır Nəyin tərkibində var? Paxlalı bitkilər, yağsız qatıq, toyuq, süd, balıq, yumurtanın sarısında bu vitamin vardır. Dəmir Faydaları: Hemoqlabinin yaranması üçün lazımlıdır Qanda oksigenin dövr etməsinə kömək edir Az olduqda: Yorğunluq Gücsüzlük Baş ağrısı Təngnəfəslik Anemiya baş verir. Çox olduqda: Qaraciyərə və mədəaltı vəzə zəhərli maddə yığılır Nəyin tərkibində var? Ciyər, ət, qaysı qurusu, ıspanaq, quru lobyada bu vitamın vardır. Yod Faydaları: Trioit vəzlərinin normal funksiyası üçün lazımlıdır Az olduqda: Yod çatışmazlığı yaranır. Çox olduqda: Trioidin funksiyalarının pozulması baş verir. Nəyin tərkibində var? dəniz duzu, qara qarağat , soğan , dəniz kələminin tərkibində olur.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 4368
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN