SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Atanın uşağı ilə maraqlanmasının uşağa faydaları

whatsappda paylaş Whatsapp-la göndər
Atanın uşağı ilə maraqlanmasının uşağa faydaları
Atası tərəfindən sevildiyini, təsdiqləndiyini hiss edən uşaq öyrənməyə daha meyilli olur. Zəkası inkişaf edir, sual verməsi, maraqları artır. Atalar analarla müqayisədə müstəqil olmağa, öz ayaqları üstündə durmağa imkan verirlər. Uşağın özünə etibarı, problem həll etmə qabiliyyəti artır. Körpəlikdən gələn ana asılılığından, ananın girdabından uşağı ata çıxarır. Qayda və sərhədləri tanıma, səhvlərini qəbul etmə artır. Cinsi rol anlayışı 3 yaşında yetkinləşməyə başlayır, ailə içərisində rolları uşağın erkən öyrənməsi vacibdir. Ana, nənə, bacı arasında sıxışan oğlan uşaqlarında qız şəxsiyyətinə meyl artır. Qız uşaqları isə oğlanların dünyasını anlamaq üçün ana-atanın bir-biriylə ünsiyyətindən təsirlənir və bu, gələcəkdə kişilərə baxış tərzinə, qarşılıqlı təsir keyfiyyəti və üsuluna təsir qoyur. Atanın yoxluğunda yaşca böyük kişilərdən, müəllimlərdən xoşlanma, onlara yaxınlaşma və məsafəsini yaxşı qoruya bilməmək kimi xüsusiyyətlər qızlarda özünü göstərə bilər. Atasından diqqət görənlərin isə iki nəfərin əvəzinə üçtərəfli, dördtərəfli dialoqlara uyğunlaşması artır. Əks halda məktəbdəki qruplaşmalarla bağlı çətinlik yaşayır, dostlarını heç kimlə bölüşməz. Tez-tez küsər, qaradinməz, tündxasiyyət olar. Yetkinlik demək, tutarlı atalıq etmənin nəticəsi deməkdir. Lazım olandan artıq edəcəyiniz şeylər daha çox çətinlik yaradar. Qorxulu olan, məsafəni qorumadan atalıq etməkdir.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Psixologiya
Baxış sayı: 1767
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN