SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Hamilə qadınların beynindəki 8 sual

whatsappda paylaş Whatsapp-la göndər
Hamilə qadınların beynindəki 8 sual
Hamiləlikdə yaşanan yeniliklər həyəcanverici olmaqla yanaşı, hamiləlik və doğumla əlaqədar analığa namizədin beynində bir çox sualların yaranmasına səbəb olur. Hamilə qadınların cavab axtardığı suallara həkimlərin açıqladığı cavabları təqdim edirəm. 1. Ultrasəs müayinə körpə üçün zərərlidirmi? Adətən bunun zərərsiz olduğu deyilsə də, mütəxəssislər ultrasəs müayinəsinin uşaqlar üçün yüz faiz zərərsiz olduğunu iddia etmir. Buna görə də ultrasəsdən hər ürəyiniz istədiyi zaman körpəni seyr etmək üçün deyil, yalnız inkişafını izləmək üçün istifadə etmək lazımdır. 2. Maşınla səfər zamanı nələrə diqqət edilməlidir? Hamiləlik dövründə uzun sürən səfərlərdə tez-tez fasilə verməyə çalışın.Tualet ehtiyacınızı nizamlı olaraq həyata keçirin. Qollarınızı və ayaqlarınızı fasilələr zamanı hərəkət etdirin. Hətta mümkünsə, qısa idman hərəkətləri edin və kifayət qədər maye qəbul etməyə cəhd edin. 3. İki nəfərlikmi yeməliyəm? Hamiləlik boyunca 6-20 kilo almaq normal sayıla bilər. İlk üç ayda gündə 2400 kalori sizin üçün kafi olacaq. İkinci üç ayda gündə 2600, son üç ayda isə gündə 2800 kalori ala bilərsiniz. Bədəninizin bu dövrdə yüksək miqdarda vitamin və minerala ehtiyacı olur. Albumin (qırmızı ət, balıq, süd məhsulları, kartof, kəpəkli məhsullar, kalsium (gündə yarım litr süd, süd məhsulları), dəmir (qırmızı ət, kəpəkli çörək, yaşıl tərəvəzlər), vitaminlər (meyvə, tərəvəz, kəpəkli və südlü məhsullar) və yodlaşdırılmış duzdan lazımi miqdarda istifadə etməyə çalışın. 4. Bədənimdə çatlar meydana gələcəkmi? Qadınların 70 %-dən çoxu hamiləlikdə çatlarla qarşılaşır. Qarnın diametrinin böyüməsi çatların yaranmasına səbəb olur. Hamiləliyin 18-ci həftəsindən etibarən qarnınızı yağlarla masaj etməklə çatların yaranmasının qarşısını ala bilərsiz. 5. Hansı qidalardan uzaq dayanılmalıdır? Müəyyən olunmuş bir neçə yemək xüsusilə toksoplazma xəstəliyi riskini artırdığından, diqqətli olmaq və həmin qidaları menyudan çıxarmaq lazımdır. İlk sırada çiy qırmızı ət, çiy yumurta və çiy süd məhsulları dayanır. Xiyarı da çox yaxşı yumanız və ciyər yeməməniz məsləhət görülür. 6. İlk dəfə körpə nə vaxt hərəkət etməlidir?Hamiləliyin bəlkə də ən həyəcanlı anı körpənizin ilk təpiyini atmasıdır. İlk hamiləlikdə əsasən 20-ci həftədə ilk hərəkətlər hiss olunur. Korpənizin az və ya çox hərərkətlli olmasının onun sağlamlığı ilə əlaqəsi yoxdur. 7. Hamiləlikdə nə cür narahatlıqlar yaşana bilər? Hormonlarınızın dəyişməsi bədəninizdə bəzi dəyişikliklərə səbəb ola bilər. Məsələn, hamiləlikdə ifraz olunan progesteron hormonu uşaqlığı rahatlaşdırmaqla yanaşı, eyni zamanda yorğunluğa səbəb ola bilər. Bu problemi bol istirahət və yatmaqla həll edə bilərsiniz. Mədə yanması da hamiləliyin son aylarında körpənin mədəyə təzyiq etməsiylə ortaya çıxa bilər. Bunun qarşısını almaq üçün bol su və ya süd içə bilərsiniz. Hamiləlikdə qəbizlik yaşamanız da ehtimallar arasındadır. Bağırsaqlarınızı çalışdıracaq qidalarla bu problemi həll etməyə çalışın. Əgər qidalar kömək etməsə, həkim məsləhəti olmadan işlətmə dərmanından istifadə etməyin. Hamiləlikdə körpənin sidik kisəsəinə təzyiqinin təsiri ilə tez-tez sidiyə çıxma da ola bilər. Hamiləlikdə tez-tez yaşanan ürəkbulanma da hormonların dəyişməsi ilə bağlı olaraq meydana çıxır. Xüsusilə səhərlər qarşılaşacağınız bu narahatlığı aradan qaldırmaq üçün yataqdan dərhal qalxmamanız və açıq çay içməniz məsləhət görülür. 8. Doğuşun başlamasını necə anlaya bilərəm? Doğuşun başladığını bildırən ən əhəmiyyətli faktor sancıların başlaması və ya suyun gəlməsidir. Belə vəziyyətdə dərhal xəstəxanaya müraciət etmək lazımdır. Bəzi qadınlarda bir neçə gün öncədən qan və axıntı başlayır. Bəzilərində isə ümumi narahatlıq və hətta ishal da ola bilər. Əlbəttə, bu dönəmdə çəkdiyiniz bütün ağrı-acılar körpənizi qucağınıza alan kimi unudulur. Allah bütün qadınlara sonu bu körpnənin gəlişi ilə bitəcək agrını çəkdirsin
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hamiləlik
Baxış sayı: 5684
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN