SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Aylara görə körpənizin yeməkləri

whatsappda paylaş Whatsapp-la göndər
Aylara görə körpənizin yeməkləri
Körpəniz Müəyyən Bir Yaşa Gələnə Qədər Bu Yeməklərdən Qaçın Yeməklərində ədviyyat istifadə etməyin, dörd yaşına gələnə qədər duzlu yağ baxımından zəngin ədviyyatlı yeməklər körpəniz üçün uyğun deyil. Heç olmasa bir yaşına gələnə qədər bal da verməyin. 4 - 6. Aylarda Körpəniz Nə Yeməli ? Körpənizə altı aylıq olana qədər yumşaq pürelər verin. Pürenin Hazırlanması: Diqqətlə soyun, sap və nüvələrindən təmizləyin və fitli də qaynadın, püre ya da rəndə edin. Balqabaq, göy noxud püre olaraq hazırlaya bilərsiniz. Bunların yanında düyü unu, kök püresi, meyvə püresi və kartof püresi də körpəniz üçün uyğun, zülal dəyəri yüksək və sağlam qidalardır. 6 - 8. Aylarda Körpəniz Nə Yeməli? Qidalar incə - incə doğranır ya da rəndələnir. Bir maye ya da qatıq ilə sulandırılar. Bu aylardan sonra körpənizin əlinə çubuq formasındakı çiy tərəvəzləri verə bilərsiniz. Körpənizə doğranmış toyuq içinə bir az da bişmiş pomidor qataraq yedirə bilərsiniz, qaynadılmış yumurtanı da yedirə bilərsiniz. Qatıq yeməyə başlaya bilər. Bunun yanında banan, alma və pendiri də dəyişik şəkillərdə hazırlayıb əlinə verə bilərsiniz. 8 - 12. Aylarda Körpəniz Nə Yeməli? Aylara görə körpə qidalanması Artıq yemək dənələri bir az daha böyük ola bilər. Rəndə yerinə doğranmış yeməklər hazırlaya bilərsiniz. Yağsız quzu dana qiyməli yeməklər, makaron, mərcimək əzməsi və ya şorbası, düyü, çubuq formasında kəsilmiş, kərəviz, kök, avokado, alma, şaftalı və ərik də yeyə biləcək yaşdadır. 10. aydan sonra isə evdə yeyilən az qala hər şeyi körpəniz də yeyə bilər. Bişirərkən yeməklərin duzsuz olmasına diqqət edin. Qaynadılmış brokoli, cücə, təzə paxla, ton balığı və yeni meyvələrə keçə bilər artıq,çiyələk, qovun portağal və ananas körpəniz üçün ən uyğun meyvələrdir bu aylarda. Məktəb çağına gələnə qədər uşağınıza fındıq, fıstıq kimi dənəli ərzaqlar verməyin. Tənəffüs yollarına qaçan dənəli qidalar boğulmağa yol aça bilər və ən çox görülən qəzalar arasındadır. Bunun xaricində qaçan kiçik parçalar ağciyərlərə də zərər verə bilər.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 13473
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN