SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Hamiləlikdə bel ağrısı

whatsappda paylaş Whatsapp-la göndər
 Hamiləlikdə bel ağrısı
Hamiləliyə hazırlıq. Hamımızın da bildiyi kimi, hamiləlik dövründə bədən quruluşunun dəyişməsi nəticəsində ön bölgədəki qarın əzələləri dartılıb uzanır və bunun nəicəsində qarın əzələləri zəifləyir. Şişmiş şarın havası endirildikdən sonrakı vəziyyəti fikirləşin. Uşağın ön tərəfə verdiyi ağırlığın əsirindən qarın mərkəzini tarazlamaq üçün bel bölgəsindən arxaya doğru olan əyrilik artar. Bu səbəbdən bel bölgəsini əmələ gətirən oynaqlara düşən yük artar. Əlavə yüklər bu bölgədə ağrı əmələ gətirir. Keysəriyyə əməliyyatı edənlərdən heç bəhs etmirəm belə, çünki onların qarın əzələlərinin kəsilməsi nəticəsində daha problemli bel ağrıları olacaqdır. Daha irəlidə isə bel çuxurunun artmasına bağlı olaraq ayağa gedən sinirlərin keçdiyi kanalda daralma olur və bu sinirlər sıxılır. Ombada, ayaqda, ya da bunların hamısında keyimə, gizildəmə, əzələ gücündə azalma kimi problemlər görünə bilir. Bel yırtığının ən yaxşı dərmanı hamilə qalmaqdır. Hamiləlikdə olan mexaniki dəyişiklik bel yırtığının müalicəsini edəcək dəyişikliklərdir. “Bəli, bel yırtığı hamiləlik dövründə keçdi” deyənlər az deyil. Hamiləlik dövründə və sonrasındakı bel ağrısına fərqli baxsaq, beldəki əlavə ağrı əlavə yükün artması səbəbindən əmələ gəldisə, bizim etməyimiz lazım olan şey o yükdən azad olmaqdır. Bel çuxurunu azaldacaq və ya artırmayacaq bəzi taxniki hərəkətlər bu müalicənin özüdür. Bəzi xüsusi idmanlar, manual müalicə və terapevtik vasitələrdir. Hamiləlikdə bel ağrısı zamanı edəcəyiniz 2 hərəkət. 1. Arxası üstə dizlər bükük vəziyyətdə uzanaraq, bel çuxurunu azaldaraq belimizi yerə basdırırıq, bu hərəkəti ən çox 10 dəfə təkrar etməklə gündə 2 dəfə edirik. 2. Yenə eyni mövqedəykən sadəcə başı yerdən qaldırıb, qarın əzələlərimizin yüngülcə sıxılmasını təmin edirik. Sonra başımızı yerə endiririk. Bu hərəkəti gündə 2 dəfə, ən çox 10 dəfə təkrar edirik.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hamiləlik
Baxış sayı: 9075
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN