SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Hamiləlrin gigiyenası

whatsappda paylaş Whatsapp-la göndər
Hamiləlrin gigiyenası
Hamiləlik zamanı qadının bədəni ikiqat təsirə məruz qaldığı üçün onun şəxsi gigiyenası böyük əhəmiyyət kəsb edir. VACİBDİR: • gündə 1-2 dəfə duş qəbul etmək, əgər belə imkan yoxdursa, bədəni ev temperaturunda olan suda isladılmış dəsmalla silmək; • gündə iki dəfə xarici cinsiyyət üzvlərini ilıq su və sabunla yumaq; (şırınqa etmədən!) • hər gün 20-22 ºC temperaturda 5-10 dəqiqədən başlayaraq, 20-30 dəqiqəyə qədər catdırmaqla hava vannaları qəbul etmək. Yayda gün vannaları, qışda və payızda isə ultrabənövşəyi şüalanma çox xeyirlidir; • döş vəzləri üçün alt paltarı rahat, düzgün ölçülü və təbii parçadan olmalıdır; • geyim rahat olmalı, döş qəfəsinə, qarna və ayaqlara təzyiq göstərməməlidir; • ayaqqabının dabanı enli və alçaq olmalıdır; • 7 aydan sonra dərinin həddən artıq dartılmanın qarşısını almaq üçün xüsusi bandac taxmaq lazımdır; • havası təmiz otaqda gündə 8-9 saat yatmaq; • ağırlıq qaldırmaq, kəskin hərəkətlər etmək olmaz; • emosional streslərə yol verməyin; • siqaret çəkilən otaqda olmayın, özünüz də siqaretdən imtina edin. Yaddan çıxarmayın ki, siqaret çəkən anaların körpələri az çəkili, zəif olur və onlarda süd yarnma pozulur; • alkohollu içkilər qəbul etməyin; • gündə 2 saatdan az olmayarq təmiz havada olmaq, çox hərəkət etmək; • ilk 3 ay və son 2 ay ərzində cinsi əlaqədə olmayın. Bu cinsi yolla keçən infeksiyalara yoluxmanın, düşüklərin və vaxtından əvəl doğuşların qarşısını ala bilər; • hamiləlik dövrünə uyğun idman hərəkətlərini yerinə yetirmək.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hamiləlik
Baxış sayı: 1749
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN