loading...

Uşaq hansı yaşda, necə danışmalı

whatsappda paylaş Whatsapp-la göndər
Uşaq hansı yaşda, necə danışmalı
Uşağın nitqi sizi narahat edir? Təəssüf ki, bəzi valideynlər övladının nitq problemindən çox gec, uşaq məktəbə gedəndə xəbər tuturlar. Mütəxəssis uşağın hər-hansı hərfi düzgün tələffüz etmədiyini, pəltək olduğunu deyəndə əl-ayağa düşür, uşağı tələm-tələsik məktəbə hazırlamağa başlayırlar. Bu isə uşaq üçün çətinlik, bəzən ciddi psixoloji problem yaradır; bir neçə aya dəyişmək, indiyə qədər ağız boşluğunun başqa yerində tələffüz etdiyi səsi və ya səsləri öz yerinə qoymaq onun üçün böyük problemə çevrilir, əsəblərinə mənfi təsir edir. Valideyn diqqətli olmalı, övladının pəltəkliyi nə qədər şirin görünsə də, onun danışığını vaxtında düzəltməyə çalışmalıdır. Bunun üçün loqopedə vaxtında (ən geci uşağın 5 yaşı tamam olanda) müraciət etmək lazımdır. Yalnız mütəxəssis uşağın nitq problemini müəyyən edə (pəltəklik, kəkələmə, fonematik pozuntu–ana dilinin səslərinin düzgün mənimsənilməməsi problemi və s.) və aradan qaldıra bilər. Uşaq hansı yaşda necə danışmalı 3 yaşlı uşağın hərfləri səhv tələffüz etməsi, cümləni səhv qurması tam normaldır. Əsas odur ki, uşaq sizi başa düşsün və özü də fikrini sizə çatdırsın. Yəni siz balanızı ağzında yemək olanda belə anlayırsınızsa, o da sizin adi tapşırıqlarınızı (“su iç”, “oyuncaqlarını götür, masaya qoy” və s.) yerinə yetirirsə, narahat olmağa dəyməz, hər şey qaydasındadır. Ancaq 3 yaşlı uşaq susursa, ən adi şeyləri anlamırsa, mütəxəssisin köməyinə ehtiyac var. 4 yaşlı uşaq elə danışmalıdır ki, onu yalnız valideynləri deyil, başqaları da anlasın. Bəzən valideyn uşağın nitqində qüsura–hansısa hərfi düzgün tələffüz etməməsinə adət edir, anlamayanlara uşağın dediyini “tərcümə edir”. Ancaq bu, normal deyil. 4 yaşlı uşağınızı anlamırlarsa, loqopedə müraciət etməyin vaxtıdır. 5 yaşlı uşaq hansısa hərfi, məsələn “R”, “L” hərfini tələffüz etməyə bilər, amma normalda uşaq 7 yaşına çatanda bu səsləri düzgün tələffüz etməli, səhvsiz danışmalıdır. Müsahibəyə görə defektoloq Zemfira Zeynalovaya təşəkkür edirik.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 2238
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN