SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Yanmış saçlara qulluq: maska reseptləri

whatsappda paylaş Whatsapp-la göndər
Yanmış saçlara qulluq: maska reseptləri
Saç boyası və tez – tez fenlənməyə məruz qalan saçlarda yanmalar müşahidə olunur. Saçın yanması dedikdə, saçqıranların saç uclarından diblərinə qədər bütün tellərə yayılması nəzərdə tutulur. Yanmış saçlara əlinizi vurduqda parça təsiri bağışlayır. Saçın daima xaricdən müdaxiləyə məruz qalması, isidilməsi və bir anda soyudulması saçın bir müddət sonra yorulmasına səbəb olur. Saçın yorulması yanmasından öncəki mərhələdir. Bu müddətdə saç, artıq vermək istədiyiniz formanı almayacaqdır. Quruma müddətində qabaracaq və qeyri estetik bir görüntü yaradacaqdır. Saçın yanması bir anda baş verir. Yandığı vaxtda müdaxilə edə bilmiyəcəksiniz. Lakin, yanan saçlara xüsusi maska reseptləri var ki, onlar sayəsində saçınızı xilas edə bilərsiniz. Jojoba yağı maskası: 4 yemək qaşığı jojoba yağı 2 çay qaşığı bibəriyə yağı 1 çay qaşığı Pelarqoniya çiçəyi yağı Bütün yağları qarışdırın və nəmli saçınıza tətbiq edin. 15 dəqiqə sonra şampun ilə yuyub durulayın. Yumurta maskası:yumurta 1 ədəd yumurta 2 çay qaşığı qayısı yağı 5 yemək qaşığı kokos yağı Yumurtanı yaxşıca çırpın, daha sonra qalan məhsulları əlavə edin, yenə qarışdırın. Hazırladığınız maskanı saç uclarınıza çox olmaq şərtilə bütün saçınıza tətbiq edin. Saç diblərinə masaj vasitəsilə tətbiq etdiyiniz maskanı 20 dəqiqə saçınızda gözlədib şampunla yuyun. Banan maskası:banan bal 1 ədəd banan 1 yemək qaşığı bal Pürə halına gətiriyiniz bananın içinə balı əlavə edin və yaxşıca qarışdırın. Əldə etdiyiniz məhlulu saçınıza tətbiq edin. 20 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyub durulayın. Qeyd: maskaları həftədə 2-3 dəfə tətbiq edə bilərsiniz.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 21255
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN