SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Padşah və xoruzun nağılı

whatsappda paylaş Whatsapp-la göndər
Padşah və xoruzun nağılı
Biri var imiş, biri yox imiş. Bir də bir xoruz var imiş.xoruzun nagili Bir gün xoruz peyinlikdə eşələnib özünə yem axtaranda bir qara pul tapdı, şad olub başladı oxumağa: – Quqquluqu! Bircə şahı tapmışam! Padşah xoruzun səsini eşidib buyurdu ki, gedib onun pulunu əlindən alsınlar. Şahını xoruzun əlindən alandan sonra xoruz başladı oxumağa: – Quqquluqu! Padşah mənə möhtac imiş! Padşah buyurdu ki, xoruzun şahısını aparıb özünə versinlər. – Quqquluqu! Padşah da məndən qorxar imiş! Padşah bunu eşidəndə xoruza hirslənib buyurdu ki, onu tutub öldürsünlər. Xoruzun başını kəsəndə oxudu: – Quqquluqu! Nə iti bıçaq imiş! Xoruzun başını kəsincə onu soxdular qaynar suya ki, tükünü yolsunlar. Qaynar qazanın içində xoruz oxudu: – Quqquluqu! Nə isti hamam imiş! Xoruzu qazanın içindən çıxarıb tükünü yoldular və bişirib qoydular plovun üstünə. Burada xoruz oxudu: – Quqquluqu! Nə ağca təpə imiş! Plovu gətirdilər padşahın qarşısına. Padşah plovu yeyəndə xoruz onun boğazında yenə oxudu: – Quqquluqu! Nə darca küçə imiş! Ondan sonra xoruz getdi qaranlıq yerə, orada nə qədər oxudusa da səsini eşidən olmadı.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hekayələr
Baxış sayı: 3086
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN