loading...

Doğuşdan sonrakı depressiya

whatsappda paylaş Whatsapp-la göndər
Doğuşdan sonrakı depressiya
Depressiya ötəridir! Doğuşdan sonrakı depressiya qadınların 70%-də müxtəlif şəkildə və müddətdə müşahidə olunur. Xoşbəxtlikdən qadınların çoxu bunu depressiya kimi deyil, sadəcə əsəb gərginliyi kimi yaşayır. Səbəb hormonal dəyişiklikdir. Hamiləlik zamanı anada qadın hormonlarının səviyyəsi ən yüksək həddə çatır və doğuşdan dərhal sonra xeyli düşür (bu proses zəif şəkildə hər ay baş verir, ona görə də bəzi qadınlar aybaşı zamanı mini-depressiya keçirirlər). Doğuşdan sonrakı ilk günlərdə (əsasən birinci uşaqdan sonra) əhvalınız tez-tez dəyişə bilər. Siz adi şeylərdən, məsələn, ana olmağın öhdəsindən gələ bilməyəcəyinizdən qorxa, hər xırda şeyə görə oturub ağlaya bilərsiniz. Bunları yazmaqda məqsədimiz sizi məlumatlandırmaq, belə hala düşsəniz səbəbini anlamanıza kömək etməkdir. Bu, bir və ya bir neçə gün çəkə bilər. Xüsusi müalicəyə ehtiyac yoxdur, yaxınlarınızın qayğısı, ya da səbəbi özünüzün anlamanız kifayətdir. Güclü depressiya Qadınların çox az hissəsi (10%) doğuşdan sonra sözün əsl mənasında depressiyaya düşə bilər. Buna qadının ailəsində və ya iş yerində gərginlik, qadının və ya onun yaxınının keçmişdə depressiyaya düşməsi, bəzən də ananın yaşı səbəb ola bilər. Güclü depressiya bəzən doğuşdan dərhal sonra, bəzən də bir ildən sonra (qadının keçirdiyi gərginlik depressiyaya çevriləndə) müşahidə olunur. Yaxınların, xüsusilə həyat yoldaşının heç yardım etməməsi də qadını güclü depressiyaya salar. Bu halda 1. yuxusuzluq 2. daimi yorğunluq 3. sevdiyi işlərə həvəssizlik 4. ruh düşkünlüyü 5. iştəhasızlıq 6. arıqlıq 7. uşaqla ünsiyyət yarada bilməmək qorxusu qadını narahat edir. Bu halda mütləq həkimə müraciət etmək, psixiatrın köməyindən yararlanmaq, gərəkdirsə, xəstəxanada müalicə olunmaq lazımdır. Başınıza nə gəlir-gəlsin, hər şeyin keçəcəyini, bu şeyləri sizin ananızın, nənələrinizin və milyonlarla başqa qadının da yaşadığını unutmayın.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hamiləlik
Baxış sayı: 951
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN