SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Doğuşun yaxınlaşmasının əlamətləri

whatsappda paylaş Whatsapp-la göndər
Doğuşun yaxınlaşmasının əlamətləri
Mən doğuşun başladığını necə biləcəyəm? Hər bir qadında doğuş özünəməxsus şəkildə keçir. Məhz sizdə doğuşun nə vaxt başlayacağını əvvəlcədən dəqiq söyləmək mümkün deyil. Amma orqanizmdə doğuşqabağı dövrdə, doğuşun başlanğıc və aktiv fazalarında müşahidə olunan bir sıra spesifik dəyişikliklər olur. Doğuşqabağı dövrdə və ya doğuşun başlanğıc (latent) fazasında sizdə aşağıdakı simptomlar yarana bilər : Beldə daimi ağrı, qarında kəsilməyən ağrı və spazmalar (menstruasiyadan əvvəl olduğu kimi). Uşaqlıqda bərabər intervallarla baş verən doğuşqabağı ağrılar; intervallar getdikcə qısalır, ağrılar isə daha intensiv və daha davamlı olur. Dölyanı suların axması. Döl qişası partlayır və sular güclü axın və ya şırnaq kimi axmağa başlayır. Hər iki halda doğum evinə zəng etmək və sizin sularınızın açıldığını bildirmək lazımdır. Qəhvəyi və ya qanlı selikli ifrazat uşaqlıq boynuna girişi bağlayan selikli tıxacın ayrıldığını bildirir. Bu, doğuşdan bilavasitə əvvəl və ya ondan bir neçə gün əvvəl baş verə bilər. Selikli tıxacın ayrılması orqanizmin doğuşa hazırlaşdığını bildirir. Qarında ağrı və ya qarın işləməsi. Kəskin emosional sıçrayış, əhval-ruhiyyənin tez-tez dəyişməsi. Yuxunun pozulması. Sizin doğuş ərəfəsində və ya doğuşun başlanğıc fazasında özünüzü necə hiss edəcəyiniz aşağıdakı amillərdən asılıdır : Bundan əvvəl doğub-doğmadığınızdan. Ağrıya həssaslığınızdan və onu necə keçirdiyinizdən. Gözlədiyiniz doğuş prosesinə psixoloji baxımdan nə dərəcədə hazır olmağınızdan. Həkimi nə vaxt çağırmaq lazımdır? Yəqin ki, doğuşun aktiv fazasının başlamasından şübhələndiyiniz zaman necə hərəkət edəcəyiniz barədə həkimlə məsləhətləşmisiniz. Buna baxmayaraq, vaxtın gəlib çatdığına əmin olmasanız da, ona zəng etməkdən çəkinməyin. Doğuşun hansı fazasında olduqlarını müəyyən etməkdə çətinlik çəkən və məsləhətə ehtiyacı olan qadınların zəngləri həkim üçün tamamilə adi bir haldır. Hətta sizin səsinizin tonu həkimə sizin vəziyyətiniz haqqında çox şeyi deyə bilər. Buna görə də hər bir halda zənginiz faydalı ola bilər. Həkim ağrıların hansı intervalla baş verdiyini, ağrı zamanı danışa bilib-bilmədiyinizi, hansı simptomları müşahidə etdiyinizi soruşacaq. Əgər siz stasionar şəraitdə doğmağa hazırlaşırsınızsa, sizə müayinəyə gəlməyi təklif edə bilərlər. Həkim hesab etsə ki, siz hələ başlanğıc fazadasınız, sizi doğuş fəaliyyəti güclənənə qədər evə buraxa bilərlər. Bu, sizin vəziyyətin öhdəsindən necə gəldiyinizdən və evdə qayğınıza qalacaq bir adamın olub-olmamasından asılıdır. Aşağıdakı hallarda mütləq həkimlə əlaqə saxlayın : Suyunuz axıb qurtarıbsa və ya siz hiss edirsiniz ki, suyunuz axır. Dölün tərpənmələri zəifləyibsə. Sizdə vaginal qanaxma başlayıbsa (söhbət plan üzrə döl kisəsinin ayrılması prosedurundan sonra az miqdarda görünən ifrazatdan yaxud selikli tıxacın ayrılmasından sonra axan qanlı ifrazatlardan getmir). Hərarətiniz yüksəlibsə, güclü baş ağrılarınız varsa və ya qarındakı ağrı görmə qabiliyyətiniz pozulması ilə müşayiət olunursa. Əgər sizi başqa bir şey də narahat edirsə, hamiləlik zamanı diqqət yetirməli olduğunuz simptomların siyahısı ilə tanış olun. Doğuş ağrılarını necə ayırd etmək haqqında videoya baxmaq həm sizin üçün, həm də həyat yoldaşınız üçün faydalı olar bilər.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hamiləlik
Baxış sayı: 17357
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN