Yumşaq əllər üçün təbii maskalar

whatsappda paylaş Whatsapp-la göndər
Yumşaq əllər üçün təbii maskalar
Əllərimizi örtən dəri gün boyunca bakteriya, yuyucu toz, sabun, metal, stəkan və daha nələrlə təmasda olur. Qadınlar bəzən buna laqeyd yanaşır. Ancaq əllərin qurumaması, vaxtından əvvəl yaşlanmaması və qəhvəyi rəngli ləkələrdən qorunması vacibdir. Yuyucu toz istifadə edərkən əlcəkdən mütləq istifadə edin. Günəşdə gəzərkən üzünüzlə yanaşı əlinizin üzərinə də günəş kremi vurmağı unutmayın. Təbii ki, imkan daxilində maskalardan istifadə edin. Əlləri yumşaldan maskalar Maska - 1. 1 yemək qaşığı zeytun yağı və 1 yemək qaşığı şəkər götürün. Şəkəri ovcunuzun içinə alıb, zeytun yağını yavaş-yavaş üzərinə tökün. O biri əlinizlə qarışdırıb barmaq, barmaq aralarını bununla masaj edin. 5 dəqiqə masajdan sonra əllərinizi ilıq suyla yuyun. Maska - 2. Gecə yatarkən əllərinizi vazelinlə masaj edib corab keçirin. Maska - 3. Əllərinizdə qəhvəyi rəngli ləkələr varsa, yarım limonun suyu, 2 çay qaşığı bal, 2 çay qaşığı sodanı qarışdırıb əllərinizi bununla masaj edin. 10 dəqiqə sonra ilıq su və sabunla yuyun. Bununla həm də əllərinizi nəmləndirmiş olarsız. Əllərinizi çox isti suda yumayın. İstifadə etdiyiniz sabun rəngli və qoxulu olmasın. Yumşaldıcı təsirli qoxusuz sabunlar seçin.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 2628
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN