loading...

Uşaqlarda immunitetin qaldırılması üçün 10 ən yaxşı ərzaq

whatsappda paylaş Whatsapp-la göndər
Uşaqlarda immunitetin qaldırılması üçün 10 ən yaxşı ərzaq
1.Süd. Digərlərindən tərkibində zülal, piy, karbohidrat və mineral maddələrin miqdarı ilə fərqlənir. Yalnız uşağa çox piyli süd vermək məsləhət görülmür. 1,5 və ya 2,5% kifayətdir . 2.Qatıq və yoqurt. Onlarda bağırsaqların bakterial bitki aləmini dəstəkləyən və immunitetin artımına imkan yaradan probiotiklər (süd turşusunun canlı bakteriyaları) var. Qatıqla tanışlığı 8 aylığında yoqurtlasa isə 1.5 ilində etmək olar . 3.Alma. Bağırsaqların bakterial mühitini nizama salır və həzmi yaxşılaşdırır. Yadda saxlamaq lazımdır ki, almalar faydalı xüsusiyyətləri praktik olaraq bütün qışı saxlayır. Və yalnız fevralda onların vitaminləri demək olar ki qalmır. Soyuqdəymə vaxtı, qrip, yorğunluq, qanazlığı, xəstəlikdən sonra vermək tövsiyə edilir. 4.Kök. O kifayət qədər güclü dərman təsirinə malikdir. Orqanizmin müqavimət qabiliyyətini viruslara qarşı yüksəldir , qanazlığı və ya ümumi zəiflik vaxtı kömək edir. Bundan başqa onun tərkibində görmə qabiliyyətii yaxşılaşdıran beta-karotin saxlayır. 5.Bal. Bu yalnız uşaqlar üçün şirniyyat deyil, həm də immunitetin artımı üçün çox faydalı məhsuldur. O immuniteti bərkidir, soyuqdəymənin müalicəsi vaxtı kömək edir və qan sisteminə müsbət təsir edir. Yalnız onu çox ehtiyatla vermək lazımdır, axı bu həmçinin güclü allergendir. Uşaq üçün balı seçərkən, üstünlüyü qarabaşağa verin. Onu həftədə iki dəfə 1 ç.q çaya əlavə edin. 6.Çuğundur. Bu tərəvəz qanazlığının profilaktikası üçün yaxşıdır, sətəlcəmə qarşı təsir göstərir və əsəb sistemini yaxşılaşdırır. Qaynanmış çuğundurdan ibarət olan salatın kiçik porsiyası iştahanı yaxşılaşdırır. 7.Cəfəri. Gündə xırdalanmış göyərtinin bir çay qaşığı kifayətdir ki, uşaq vitaminlərin və mineralların birgünlük dozasını alsın. Demək olar ki, bütün vitaminlərin, kalsiumun, kaliumun, dəmirin və fosforun miqdarının sayəsində, cəfəri soyuqdəymə və qrip vaxtı yaxşı kömək edir. Supun və tərəvəz püresinin hazırlanması vaxtı, ona bir az xırda doğranmış yarpaqlar əlavə etməyə unutmayın. 8.Dəniz balığı. Dolğun olmayan piyli turşuların əsas mənbəyi, hansılar ki, beyinin işinə və əsəb sisteminə müsbət təsiri göstərir, həmçinin immuniteti yüksəldir. 9.Hindi. Ən faydalı pəhriz ətidir. Axı əbəs yerə deyil ki, onu allergiklərə məsləhət görürlər. O zülalla, B qrup vitaminləri, dəmir, sink və maqneziumla zəngindir. Orqanizmin qoruyucu güclərini yüksəldir və qanazlığının yaxşı profilaktikasıdır. 10.Soğan və sarımsaq. Onlarda bakteriyaları öldürən və immunitetin artımına imkan yaradan fintonsidlər vardır.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 2722
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN