SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Ev şəraitində üzün dərin təmizlənməsi

whatsappda paylaş Whatsapp-la göndər
Ev şəraitində üzün dərin təmizlənməsi
Dərimiz daim təzələnir. Hüceyrələr ölür və yeniləri ilə əvəz olunur. Ölmüş hüceyrələr üz dərisinin üzərində yığılaraq dərinin normal nəfəsalmasını pozur ki, nəticədə dərinin rəngi pisləşir, dəri solğun görünür, tez qocalır. İstifadə etdiyimiz krem və maskalar belə çirklənmiş dəriyə yaxşı hopulmur və nəticədə dəriyə lazım olan kosmetik təsir etmir. Üz dərisini ölmüş hüceyrələrdən, qara nöqtələrdən və s. çirklənmələrdən dərin təmizləmək üçün ev şəraitində bu kimi vasitələrdən istifadə etmək olar: - Yulaf yarması (herkules) qatıqla qarışdırılır və təmiz üz dərisinə çəkilir. Daha sonra üz dərisini barmaqların ucları ilə massaj xəttləri üzrə 3-5 dəqiqə ərzində yüngül masaj etmək lazımdır. Sonra üzünüzü yuyun və istənilən nəmləndirici krem çəkin. - 10%-li kalsium xloridi məhlulu (apteklərdə satılır) yarıbayarı təmiz su ilə qarışdırılır. Məhlulda steril pambıq diski isladılır və üz dərisinə dairəvi hərəkətlərlə çəkilir. Bunu bir neçə dəfə etmək lazımdır (diski isladırıq və üz dərisinə çəkirik). Daha sonra disk uşaq sabunu köpüyündə isladılır və üz dərisinə dairəvi hərəkətlərlə çəkilir. Dəridə ağ yumrular əmələ gəlməyə başlayacaq. Bütün hərəkətləri massaj xəttləri üzrə etmək lazımdır. Dəri bu proseduru normal qəbul edibsə, növbəti dəfə kalsium xloridi su ilə qarışdırmaq lazım deyil. Növbəti dəfə bu proseduru 1 həftədən sonra təkrar etmək olar. Bu prosedura Hollivud təmizlənmə üsulu deyilir. - Qatıq 1/2 çay xırda duzla qarışdırılır və dairəvi hərəkətlərlə 3-5 dəqiqə ərzində barmaqların ucları ilə dəriyə çəkilir. Daha sonra üzünüzü yuyun və nəmləndirici krem çəkin. Dəridə iltihab, yaralar və s. zədələnmələr varsa, dəri çox quru və həssasdırsa, bu vasitələrdən istifadə etmək olmaz. Mənbə:saglamolun.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 2512
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN