SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Uşaqda aqressivlik meyarları

whatsappda paylaş Whatsapp-la göndər
Uşaqda aqressivlik meyarları
1. Bəzən özünü cinlənmiş kimi aparır. 2. Nədənsə narazı olanda deyinir, susmaq bilmir. 3. Ona edilən pisliyin əvəzini çıxmağa çalışır. 4. Bəzən heç bir bəhanə olmadan donquldanır. 5. Bəzən elə olur ki, oyuncaqları dağıltmaq, nəyisə sındırmaq ona həzz verir. 6. Arada nəyə görəsə o qədər israr edir ki, ətrafdakıların da səbrini daşırır. 7. Heyvanları cırnadmaqdan qalmır. 8. Onunla höcətləşmək mənasızdır. 9. Kiminsə onunla lağ etdiyini düşünəndə çox hirslənir. 10. Arada ətrafdakıları şoka salacaq pis hərəkət etmək istəyi baş qaldırır. 11. Verilən əmrlərə cavab olaraq hər şeyin əksini etməyə çalışır. 12. Çox vaxt yaşından asılı olmayaraq deyingəndi. 13. Özünü sərbəst və düşüncəli hesab edir. 14. Birinci olmağı, əmr verməyi və insanları özünə tabe etməyi sevir. 15. Uğursuzluqlardan yaman qıcıqlanır, günahkar axtarmaq istəyi yaranır. 16. Asanlıqla mübahisə edir, dalaşır. 17. Yaşca balaca və fiziki zəif olanlarla ünsiyyət qurmağa çalışır. 18. Aşırı qıcıqlandırıcı tutmaları olur. 19. Yaşıdlarıyla yola getmir və onlarla heç nəyini bölüşmür, güzəşt etmir. 20. Əmindir ki, hər bir tapşırığı hamıdan yaxşı bacaracaq. Hər suala verilən "hə" cavabları 1 bal hesablanır. Yüsək aqressivlik - 15-20 bal Orta aqressivlik - 7- 14 bal Aşağı aqressivlik -1- 6 bal. Aqressivliyin meyarları ( uşağa nəzarət sxemi ) 1. Tez- tez özünü itirir. 2. Sıx - sıx böyüklərlə höcətləşir və dalaşır. 3. Adətən qaydalara əməl etməkdən imtina edir. 4. Qəsddən insanları qıcıqlandırır. 5. Öz səhvlərinə görə başqalarını günahlandırır. 6. Tez - tez əsəbləşir və nəyisə etməkdən boyun qaçırır. 7. Çox vaxt qisasçı və paxıldır. 8. Həssasdır, ətrafdakıların (uşaqların və böyüklərin) hərəkətlərinə qarşı çox tez reaksiya verirki, bu da onu qıcıqlandırır. Uşağı aqressiv adlandırmaq üçün minimum 6 ay ərzində sadaladığımız 8 əlamətdən heç olmasa 4 -ü özünü göstərməlidir. Aqressivlik əlamətləri olan uşaqların mütləq həkimin və psixoloqun köməyinə ehtiyacı var. Mənbə:analar.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Psixologiya
Baxış sayı: 1488
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN