loading...

Test: Siz ana olmağa hazırsınızmı?

whatsappda paylaş Whatsapp-la göndər
Test: Siz ana olmağa hazırsınızmı?
Uşağa qayğı göstərmək nə qadının yaşından, nə təhsil səviyyəsindən, nə də uşağının olub-olmamasından asılı deyil.Sadəcə elə bir zaman gəlir ki, qadın anaya çevrilir. Əgər bu vaxt uşağa sahib olmaqla eyni vaxtda olsa, əla olar. Əgər siz bu haqda tərəddüddəsinizsə, bu test sizə kömək edəcək. 1. Siz uşaqlar barədə düşünərkən ... A. Bu, ilk növbədə qayğı və məsuliyyətdir-3 bal B. Onlarla oynamağa hazırsınız-0 bal C. Onları tərbiyə etmək və təhsil vermək istəyirsiniz-6 bal 2. Siz uşağı olmayan cütlüyə nə məsləhət edərdiniz? A. Surroqat ana-1 bal B. Süni mayalanma-4 bal C. Övladlığa götürmə-7 bal 3. Sizin hamilənin keçməli olduğu bir çox analiz və müayinələrə münasibətiniz necədir? A. Müsbət-axı söhbət uşaq sağlamlığından gedir-1 bal B. Diqqətli yanaşıram-3 bal C. Sakit yanaşıram, onsuz da uşağa və mənə nə lazım olduğunu mən seçirəm-7 bal 4. Əgər hamiləliyinizə dair həkiminizin fikirləri ilə razılaşmırsınızsa, necə hərəkət edərsiniz? A. Onunla ünsiyyəti minimuma endirərəm -1 bal B. Özümə daha uyğun həkim taparam - 5 bal C. Konsilium tələb edərəm - 2 bal 5. Uşaq doğulduqdan sonra aşağıdakılardan hansını daha vacib hesab edirsiniz? A. Özüm fiziki və psixoloji bərpa olunmalıyam - 5 bal B. Uşağın sağlam olduğundan və normal inkişaf edəcəyindən əmin olmaq - 3 bal C. Ailənin yaxşı maddi vəziyyəti - 2 bal 6. Sizin fikrinizcə uşağın tərbiyəsi ilə 3-4 yaşa qədər kim məşğul olmalıdır? A. Ancaq mən - 3 bal B. Nənə və ya dayə ola bilər - 2 bal C. Onun doğulduğu ailənin bütün üzvləri - 6 bal 7. Sizcə böyük qarın ... A. Bu dövr üçün təbiidir -7 bal B. Heç kimə yaraşmır - 1bal C. Bəzi qadınlara hətta yaraşır -2 bal 8. Sizcə uşaq xoşbəxt böyüməsi üçün nə lazımdır? A. Düzgün münasibətlərlə möhkəm ailə-7 bal B. Ana sevgisi-2 bal C. Ev şəraiti və hər şeylə təmin olunma-3 bal 9. Siz övladlığa uşaq götürməyə necə yanaşırsınız? A. Bu mənə görə deyil-0 bal B. Əgər maddi vəziyyət yaxşıdırsa, ola bilər- 1bal C. Uşaq götürməyi arzu edirəm-5 bal Ballarınızı toplayın və nəticə ilə tanış olun. 46-55 bal. İlk baxışdan sizin analığa sakit münasibətiniz əslində əsl qadın müdrikliyinin göstəricisidir. Sizin övladınızla münasibətiniz rəvan və harmonik olacaqdır. Afərin, siz müdrik ana olacaqsınız. 32-45 bal. Daha çox hiss və emosiyaya ehtiyac var. Xüsusən də yeniyetmələrin rahat həyatdan daha çox qayğıkeş anaya ehtiyacı var. Bir qədər yumşaq, həlim münasibətli olun. Çalışın daha yaxşı təmin olunmuş anaların hərəkətlərini təqlid etməyin. Onlar öz övladlarını parlaq əşyalarla və oyuncaqlarla əldə etməyə çalışırlar. 10-31 bal. Sizin həddindən artıq məsuliyyətliyiniz avtoritar tərbiyə üsuluna səbəb ola bilər. Bu isə ana eqoizminə gətirib çıxarır. İnanın ki, övladınızın sizin sevginizə daha çox ehtiyacı var, nəinki əsəbilik dərəcəsində ana qayğısına. Mənbə:analar.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Psixologiya
Baxış sayı: 1612
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN