loading...

Ata sevgisi uşağa çox şey qazandırır

whatsappda paylaş Whatsapp-la göndər
Ata sevgisi uşağa çox şey qazandırır
Psixoloq Arif Özutku, uşağın sağlam xarakterli olmasında ata sevgisinin təsirli olduğunu söylədi. Atalarından həmişə sevgi görən uşaqların özləriylə daha barışıq olduqlarını ifadə edən Özutku, ata ilə uşağın sağlam ünsiyyətin məktəbdə də müvəffəqiyyətli olmasını təmin etdiyini qeyd etdi. Ataların uşaqlarını yetişdirmədə danlamaq, qışqırmaq, təhdid, ağır bir şəkildə cəzalandırma və qorxutmaq olmaması lazım olduğunu ifadə edən Özutku, uşağın xoşbəxt ola bilməsi üçün ata sevgisini içdən hiss etməsini lazım olduğunu söylədi. Sağlam ünsiyyət üçün ataların uşaqlarına vaxt ayırması lazım olduğunun vurğulayan Özutku, " Atalarından davamlı sevgi, maraq görən və sağlam dialoq quran uşaqlar özləriylə daha barışıq və özünə inamı yüksək olur. Ata sevgisi yüksək olan uşaq məktəbdə dərslərində daha müvəffəqiyyətli və yoldaşlarıyla daha uyğun olur. Liderlik strukturları daha inkişaf edir. Atalar uşaqlarına zaman ayırmalı və danışmalıdırlar. Birikdə kitab oxumalı, bir hadisə haqqında onun nə düşündüyünü soruşmalıdırlar . Uşaqla söhbət və atanın sevgisinin göstərməsi zəka inkişafına müsbət təsir edir. " -deyə danışdı. Alman pedaqoq Petra Otmann da uşaq inkişafında ana və ata rollarının ayrı-ayrı olduğunu söylədi. Qız uşaqlarının özünə anasını rol model aldığını, kişi uşaqlarının isə atanı rol model aldığını ifadə edən Otmann, uşaqlarda ata sevgisi, maraq və şəfqətinin özünə öz etibarlarını yüksək tutaraq qarşılarına çıxan bir problemi rahat bir şəkildə həll edə bileceklerini qeyd etdi. Uşaqların intizam olmasında ata faktorunun də əhəmiyyətli olduğunu ifadə edən Otmann, ataların uşaqlarına qarşı hər zaman şirin sərt olması lazım olduğunu, danlama, qışqırma , hədə-qorxu və qorxutma ilə başqa uşaqlarla müqayisə etməkdən qaçınmaları lazım olduğunun vurğuladı. Övladlarımıza göstərdiyimiz münasibət, bizim öz gələcəyimizi təmin etmək üçün, yığdığmız sərvətdir. O "sərvəti" elə toplayaq ki, sabah biz valideyinlər onlara möhtac qalanda vicdan əzabı çəkməyək... Mənbə:azadqadin.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Psixologiya
Baxış sayı: 2264
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: cabarov.beyrek@mail.ru

  • BİZİ FACEBOOKDA İZLƏYİN