SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Quru və çatlamış dəri üçün çiyələk maskası

whatsappda paylaş Whatsapp-la göndər
Quru və çatlamış dəri üçün çiyələk maskası
Çiyələk maskaları sızanaqları qurudur və sağaldır, məsamələri daraldır. Çiyələk maskasından əvvəl təmiz üz dərisinə bu giləmeyvənin şirəsini çəkin. Sonra 15-20 dəqiqə ərzində çiyələk horrasında isladılmış pambığı üzünüzə hopdurun. Pambıq parçalarını götürdükdən sonra şirəni dərinizə yeridirmiş kimi onlar ilə üzünüzü döyəcləyin.Üzünüzdəki maskanı ilıq su yaxud sərin süddə isladılmış pambıq tamponu ilə yuyun. Bu maska quru və çatlamış dəriyə daha yaxşı təsir edərək onun elastikliyini artırır. Təzə çiyələyin ətirli şirəsi ən yaxşı losyondur! Bu maska, piqment ləkələri və çillərin ləğv edilməsi üçün möcüzəli vasitədir. Amma arzuladığınız nəticəni əldə etmək üçün üç həftə ərzində hər gün etmək lazımdır. Dəriniz quru, susuzlaşmış, piqment ləkəlidirsə, əvvəlcə onu zeytun və ya qarğıdalı yağı ilə silin. Günəbaxan yağı bəzən piqmentasiyanı artırır. İsti nəm kompres edərək 5-7 dəqiqəlik üzünüzdə saxlayın. Sonra üzünüzə 10-15 dəqiqəlik çiyələk maskası çəkin. Bu maskanı 1 litr suya 2 xörək qaşığı hesabından hazırlanmış cökə çiçəkləri cövhəri ilə yumaq daha faydalıdır. Əzilmiş çiyələyi kəsmik, bal, limon maskaları ilə birlikdə kremlərə əlavə etmək çox yaxşıdır. Beləliklə, gözəlləşmək fürsətini əldən verməyin. Mənbə:azadqadin.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 1025
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN