SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Hər yaşa görə dəriyə qulluq

whatsappda paylaş Whatsapp-la göndər
Hər yaşa görə dəriyə qulluq
Dəriyə qulluq edərkən dəri tipinə və yaşa görə uyğun baxım tətbiq etmək əhəmiyyət daşıyır. Hər yaş dövrünə və dəri tipinə uyğun baxım təklifləri burada ... 20 yaşlarda dəriyə qulluq Dərinizi səhər və axşam təmizləməlisiniz. Xüsusilə sabunsuz təmizləyiciləri seçin. Dərinizi yaxşıca durulayıb, quruladıqdan sonra spirtsiz toniklə silin. Tonik məsamələrinizi dartır,dərinizin PH tarazlığını nizamlayır və təmizləyici məhsulun artıqlarını alır. Təmizləmə əməliyyatından sonra dərinizə ehtiyacı olan nəmi vermək üçün dəri tipinizə uyğun nəmləndirici bir krem sürtün. 25 yaşından sonra göz ətrafınızda meydana çıxmağa başlayan incə xəttlərin dərinləşməməsi üçün bir göz ətrafı kremi istifadə etməlisiniz. Çox yorğun olduğunuz zamanlarda canlandırıcı bir sistem köçürməklə balaca bir müalicə də tətbiq edə bilərsiniz. 30 yaşlarda dəriyə qulluq 20 yaşlarında başladığınız təməl qulluğun yanında yavaş-yavaş başlayan göz ətrafı qırışıqlıqlarınızın qarşısını alın. Bu bölgədəki dərinin incə olmasından ötəri göz ətrafı üçün xüsusi olaraq hazırlanmış yağsız məhsullardan istifadə edin. Oyandığınız zaman gözlərinizdə şişmə olursa çayla kompres etmək ya da xiyar dilimləriylə gözlərə istirahət vermək yaxşı gələcəkdir. 40 yaşlarda dəriyə qulluq Üzünüzə təmizləyici südü dairəvi hərəkətlərlə sürtün. Yüngül və nəmli bir pambıqla içdən xaricə doğru və alın,yanaqlar,çənə sırasını növbə ilə təmizləyin. Tonik ya da suyla dərinizi durulayın. Nəmini itirmiş dəridə xəttlərin artması sürətləndiyindən nəmləndirici istifadə etməyə laqeyd yanaşmayın. İstifadə etdiyiniz məhsulun qliserin tərkibli olmasına diqqət yetirin. Çünki bu aktivlər, dəri laylarında suyun tutulmasına kömək edir. Üzünüzə etdiyiniz qulluğu mütləq boynunuza da tətbiq edin. Ancaq üzünüzə yuxarı doğru, boyunuza isə aşağı doğru hərəkətlərlə kreminizi sürtün . Hər yaşda tətbiq olunan dəriyə qulluq təklifləri 1. Boynunuzda buxaq əmələ gəlməsinə maneə törətmək üçün boynunuzu yuxarıya doğru gərgin tutmağı bir vərdiş halına gətirin. 2. Dəridəki quruluğu aradan qaldırmaq üçün yuyunduqdan sonra yağlı bir kremlə bütün bədəninizi nəmləndirin. 3. Həftədə bir neçə dəfə təmizləyici baxım məhsuluyla dərinizi ölü hüceyrələrdən təmizləyin. 4. Sallanmalar üçün ən təsirli yol məşq etməkdir. Uzun məşqlərə zaman ayıra bilmirsinizsə, heç olmazsa çoxlu piyada gəzməyi seçin. 5. Sinə və qıç arası sallanmaların qarşısını almaq üçün çox isti suyla yuyunmamaya diqqət edin. Hamam sonrası sinənizə və ayaqlarınıza soyuq su ilə təzyiqli duş edin. 6. Siqaret, spirt , çay və qəhvə dərinin başlıca düşmənləridir. Bunlardan uzaq dayanmağa çalışın. 7. Stress təsiri dərinizi solğun göstərər. Stressiz həyat üçün səy göstərin. Dəri tipinə görə baxım edərkən diqqət yetirməmiz lazım olanlar ... Quru dərilər Dəriniz çox qurudursa tonik istifadə etmiyin. Dərini qurutduqları üçün spirt əsaslı tonikləri heç istifadə etməyin. Dərinizə buxar tətbiqini bir neçə dəqiqə davam edəcək şəkildə qısa edin. Yağlı dərilər Dərinizi həftədə bir dəfə dənəcikli bir təmizləyici gel və ya hər gün tərkibində alfa hidroksil turşusu olan kimyəvi bir məhsulla ölü hüceyrələrdən təmizləyin. Dərinizdə iriləşmiş məsamələr varsa , dərinizi yasəmənlə kompres edin. (Geniş bir kasanı ilıq suyla doldurun və içinə beş damla yasəmən yağı əlavə edin. Yasəmən yağlı təmiz bezi ilıq suya salıb yaxşıca isladın və dərinizin hər yerini örtün. Yasəmənin qabaqlayıcı və sərinləşdirici xüsusiyyətləri vardır , dərinizi təmizləyərkən eyni zamanda sinirlərinizi də sakitləşdirir. ) Qarışıq dərilər Dərinizin haralarda nəmə ehtiyac duyduğunu ( yanaqlar,alın və boyun bölgəsi ) və haralarda daha yağlı olduğunu (burun, çənə və bəzən də alın) təyin edin. Üzünüzün dəyişik bölgələri üçün dəyişik maskalar istifadə edin. Yağlı T bölgəsi üçün (yəni alın ,burun və çənə) gil əsaslı bir maska ​​seçim edərkən, üzünüzün daha quru bölgələri üçün daha nəmləndirici bir maska ​​seçin. Hava,stress,çirklilik və hormonlarınızın dərinizin nəm tarazlığını dəyişdirdiyini unutmayın. Mənbə:azadqadin.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 2628
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN