SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Həddindən artıq tərləməni önləyən təbii üsullar

whatsappda paylaş Whatsapp-la göndər
Həddindən artıq tərləməni önləyən təbii üsullar
Yayın istilərində tərləməmək qeyri-mümkündür! Yayda həddindən artıq tərləmək başlı başına bir narahatlıq ola bilir. Xüsusilə, rütubətin çox olduğu bölgələrdə şıpır-şıpır axan tər damlalarıyla mübarizəmiz başlayır. Bir də, pis qoxulu bir tərləmə varsa, həm özünüzün, həm də ətrafınızın bədbəxtlik qaynağı olacaq. Həddindən artıq və pis qoxulu tərləmə qarşısını almaq üçün çoxumuz dezodorantları seçim edirik. Mütəxəssislər dezodorant istifadəsində saatlara diqqət etməyimizi təklif edirlər. Araşdırmalara görə dezodorantlar ən çox gecə təsirli olur və xüsusilə gecə duş aldıqdan sonra tətbiq olunması lazımdır. Həddindən artıq tərləməyin qarşısını almaq üçün pambıq kimi təbii parçalardan olan nazik paltarları seçim edə bilərsiniz. Dar paltarlar geydiyinizdə daha çox tərlədiyinizi fərq etmisiniz. Buna görə mümkün olduğunca rahat və enli paltarlar seçməyə diqqət etməlisiniz. Yayda ədviyyatlı yeməklərdən qaçın. Acı bibər tər istehsalını sürətləndirir və soğan, sarımsaq kimi qoxulu qidalar tərinizdən pis qoxu gəlməsinə səbəb olur. Bu səbəblə xüsusilə bu qidalardan uzaq dayanmanızda fayda vardır. Bunlarla bərabər, həddindən artıq tərləməyi azaltmaq üçün bitki mənşəli möcüzələrdən faydalana bilərsiniz. İşdə tərləməyi qarşısını almaq üçün bitki mənşəli düsturlar. Çörəkotu yağı. Soyuq bərk çörəkotu yağının antibakterial xüsusiyyəti var. Xüsusilə yaz aylarında artan genital infeksiyalar üçün istifadə edilə bilər. Genital bölgədə tərləməyi önlədiyi üçün infeksiya riskini də azaldır. Duşdan sonra qoltuq altlarınıza da tətbiq edə bilərsiniz. Adaçayı. 1 çay qaşığı adaçayı yarpağını qaynar suya əlavə edin, bir neçə dəqiqə gözləyin və için. Adaçayı, həddindən artıq tərləməyi müalicə etmənin ən yaxşı yolu və eyni zamanda gecə tərləməsinə də mane olmasıyla bilinir. Daha yaxşı nəticə üçün 2 həftə ərzində gündə 1 litr adaçayı istehlak edə bilərsiniz. Alma sirkəsi. Alma sirkəsinin təbii bir dezodorant olduğunu söyləyə bilərik. Qoltuq altlarınızı alma sirkəsiylə yuduğunuzda, bütün gün ərzində tərlmənizi azalda bilər. Quru bir bəzi alma sirkəsiylə isladın və ən çox tərləyən bölgələrinizi bezlə silin. Bunu tərləyən ayaqlarınız üçün də tətbiq edə bilərsiniz. Həftədə iki dəfə 2 litr ilıq suya 75 ml alma sirkəsi əlavə edin və ayaqlarınızı suyun içində 15 dəqiqə gözlədin. Mənbə:azadqadin.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Gigiyena
Baxış sayı: 3223
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN