loading...

Paltarların köhnəlməsinin qarşısı necə alınır?

whatsappda paylaş Whatsapp-la göndər
Paltarların köhnəlməsinin qarşısı necə alınır?
Paltarlar yuma, ütüləmə kimi müxtəlif mərhələlərdən keçdikdən sonra istifadəyə hazır hala gəlir. Bəzən ləkələrlə başa çıxa bilməyəcəksiniz, geyimlərinin bəziləri ütü tutmaz ya da tez-tez yuyulmaqdan köhnələr. Paltarları tez-tez yumaq məcburiyyətində olmaq köhnəlməyə səbəb ola bilər. Əvvəlcə doğru yuma üsullarını istifadə etmək lazımdır. Yuma təklifləri: Yeni paltarlarınızın yumadan əvvəl sodalı və ya duzlu ilıq suya batırın. Qaynatdığınız suya bir neçə yumurta qabığı atsanız, ağ paltarlarınızın qar kimi olmasını görəcəksiniz. Şalvarların rənginin bozarmasından şikayətçisinizsə, yumazdan əvvəl bol duzlu soyuq suda 12 saat gözlədin. Rəngləri sabitləşəcəkdir. Sintetik parçalardan pas ləkəsini çıxarmaq üçün duz və limon qarışığı istifadə edə bilərsiniz. Amonyaklı suyla da silsəniz ləkələr yox olacaq. Ağ paltarlarınızda çay ləkəsi varsa, paltarlarınızın soyuq suyla durulayın. Rəngli paltarlarınızda çay ləkəsi varsa yumurta sarısını suyla qarışdıraraq ovabilirsiniz. Əgər ləkə yeniysə gliserinli suyla ovun. Qırış geyimlərin qırışıklığını aradan qaldırmaq üçün, üzərinə su səpib, 10 dəqiqə gözlədin. Paltarlarınızı izi qalmayacaq şəkildə asın. Dəsmalların yumşaqlığını qorumaq üçün çox ovmayın, fırça istifadə edin. Soyuq havalarda paltarlarınızın donmaması üçün paltarları yuduğunuz suya bir az duz qata bilərsiniz. Köynək yaxalarındaki çirkdən şikayətlənirsinizsə yumadan əvvəl yaxalarına sabun sürtüb 15 dəqiqə gözlədin. Pambıq geyimlərin çəkməməsi (yığılmaması) üçün ilk yumadan əvvəl bir gecə soyuq suda gözlədin. Tez-tez yuyulan paltarlar zamanla köhnəlməyə başlayır. Paltarlarınızın solmadan, yıpranmadan, tez-tez təmizlənməsi əlinizdədir. Paltarlarınızın köhnəlməsi. Paltarlarınızın köhnəlməsinin qarşısını almaq üçün diqqət yetirməniz lazım olan ikinci nüans maşınla yumaqdan istifadənizdir. Maşınınızı doğru istifadə edərək, paltarlarınızın köhnəlməsinin qarşısını ala bilərsiniz. Hər maşının özünə xas tutumu vardır. Maşınınızın tutumunu aşmamalıdır. Yuyucu vasitələrin ölçüsünü suyun sərtliyinə, paltarlarınızın çirkliliyinə görə nizamlaya bilərsiniz. Istifadə edilən çox yuyucu vasitə paltarlarınızın köhnəlməsinə səbəb olar. Paltar maşınınızın gərəyindən yüksək dövrdə sıxma etməsi da, paltarlara zərər verir. Paltar maşınınızı işlətmədən əvvəl ayarlarını kontrol etməlisiniz. Hər paltar fərqli istilik və müddətdə yuyulur. Parça növləri fərqli olan paltarlarınızı birlikdə yumayın. Paltar yuyacağınız zaman, paltarlarınızın parça növünə görə gruplayıp, eyni növdəki paltarları birlikdə yuyun. Bəyazlarınızı 60 dərəcədə, rəngli paltarlarınızı isə 30 - 40 dərəcədə yuya bilərsiniz. Yun, atlas, ipək kimi həssas paltarlarınızın korlanmaması üçün xüsusi proqramlarda, ya da əldə yuyun. Mənbə:azadqadin.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 1823
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN