SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Qadın klimaksını yaxınlaşdıran amillər

whatsappda paylaş Whatsapp-la göndər
Qadın klimaksını yaxınlaşdıran amillər
İnkişaf etmiş ölkələrdə klimaks qadınlarda orta hesabla 51 yaşında başlayır. 40 yaşına kimi olan qadında başlayan klimaks erkən klimaks sayılır. Erkən klimaks qadının sağlamlığına çox mənfi təsir edir. Qadınların sağlamlığını qoruyan əsas hormon estradioldur. Bu hormon qadınların dərisini, sümüklərini, ürək-damar, cinsiyyət və s. orqan və sistemlərini cavan və sağlam saxlamağa kömək edir. Klimaks zamanı estradiolun və digər qadın hormonlarının səviyyəsi kəskin enir ki, bunun nəticəsində qadının orqanizmi müdafiəsiz qalır. Məhz bu səbəbdən menopauza (klimaks) dövründə olan qadınlarda ürək-damar, cinsiyyət, dayaq-hərəki sistemlərində müxtəlif pozulmaların və xəstəliklərin riski artır. Erkən klimaks keçirmiş qadın estradiolun müdafiəsindən daha tez məhrum olur ki, bu da onda pozulmaların riskini daha da artırır. Bəzən gündəlik həyatda yol verdiyimiz səhvlər bizə zamansız olaraq hər hansı xəstəliklər və ya pozulmalar şəklində geri dönür. Bu pozulmalar biri də erkən klimaksdır ki, bu pozulmadan özünü sığortalamaq üçün bəzi vərdişlərimizdən imtina etməli və bəzi yeni xeyirli vərdişlər qazanmalıyıq. 1. Siqaret çəkmək Siqaret çəkən və çəkməyən qadınlar arasında aparılmış araşdırmalar siqaret çəkən qadınların digərlərinə nisbətən daha tez klimaks dövrünə girdiyini göstərib. 2. Düzgün qidalanmamaq Bədəndəki piy kütləsi müəyyən çəkidən aşağı olarsa, menstruasiya pozulmaları baş verə və klimaks yaşana bilər. Qadının bədənində olan piy kütləsi qadının hormonal fonun normal olmasını təmin edir. Bu piy kütləsi normadan aşağı olduqda, hormonal fon pozulur. Çox arıq olmaq və sürətli çəki itirmək menstruasiyadan kəsilmə səbəblərindən biridir. Orqanizmdə olan piyin miqdarı müəyyən bir nöqtəyə gəldikdə qadın yenidən aybaşı olaraq normal həyatına geri dönə bilər. 3. Stressli həyat tərzi keçirmək Qadınlarda stressin ən sevimli hədəflərdən biri cinsiyyət sistemdir. Çox güclü və ya uzunsürən xroniki stress qadınlarda erkən klimaksa səbəb ola bilər. 4. Hərəkətsiz yaşam tərzinə sahib olmaq Azhərəkətli həyat tərzi ümumillikdə bütün orqanizmə mənfi təsir edir. Azhərəkətlilik nəticəsində orqanizmdə qan dövranı pozulur, müxtəlif orqan və sistemlərdə durğunluq yaranır ki, bu da gələcəkdə müxtəlif pozulmalara gətirib çıxardır. Erkən yetkinliyə girən qız uşaqları da erkən klimaks problem ilə qarşılaşır. Ailə tarixçəsi, əməliyyatla yumurtalıqların götürülməsi, autoimmun xəstəlikləri, xərçəngin müalicəsi və xromosom pozğunluqları da klimaksa səbəb olan əsas səbəblər sırasındadır. Klimaksı gecikdirmək üçün aşağıdakı tədbirlər görülə bilər: - Həftədə ən azı 3 dəfə idmanla məşğul olun. - Bədən kütlə indeksinizi hesablayın. Nə çox kilolu, nə də çox arıq olun. - Siqaret çəkməyin və passiv çəkmədən də uzaq olun. - Qidalanmanızda kalsiumla zəngin olan qidalar çox olmalıdır. Gündə 200 ml süd için, qatıq və ya dondurma yeyin. - Balıq, qoz, fındıq, balqabaq çəyirdəyi, brokkoli, kələm, gül kələmi, pomidor, bibər, kök, qara gavalı, nar, üzüm, çiyələk, qarpız, emal edilməmiş taxıl, və taxıl məmulatları kimi yüksək antioksidantlara malik qidalara üstünlük verin. - Həmçinin yaşıl çay və təzə greypfrut suyu kimi sərbəst radikallarını udma gücü yüksək olan içkilərdən istifadə edin. - Antioksidant dərmanlar qəbul edin. - Açıq havada tez-tez olun. Mənbə:azadqadin.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 2926
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN