Evlilikdə yaşın fərqi varmı?

whatsappda paylaş Whatsapp-la göndər
Evlilikdə yaşın fərqi varmı?
Sevgi Yer üzündəki ən gözəl hiss olmaqla yanaşı, həm də ən qeyri-adi hissdir, onun nə vaxt, necə gələcəyi və nələrə səbəb olacağı heç kimə bəlli deyil. "Sevginin gözü kordur” ifadəsini hamımız eşitmişik və bir çox hallarda həqiqətən də belə olduğunun şahidi olmuşuq. Həqiqətən də gözü kor olan sevgililərdir ki, aralarındakı on, iyirmi, hətta otuz yaş fərqi belə onları ailə qurmaqdan çəkindirmir. Yaş fərqi olan cütlüklərə nəinki məşhurlar arasında, o cümlədən sadə insanlar arasında da rast gəlinir. Burada əlbəttə ki, qadının kişidən və ya kişinin qadından böyük olması vəziyyəti bir qədər dəyişdirir. Çünki adətən, kişilərin qadından neçə yaş böyük olması elə bir təəccüb yaratmır, bu, norma kimi qəbul edilir, lakin qadın kişidən yaşca böyük olduqda o, qınaq obyektinə çevrilir. Bir sözlə, belə sevgi yaşayan cütlüklər ailələrinin, cəmiyyətin onları normal qəbul etməyəcəyini və münasibətlərində gələcəkdə yaşana biləcək problemləri nəzərə almalıdırlar. Araşdırmalar göstərir ki, qadınlar özlərindən yaşda böyük olan kişilərə onları güclü hesab etdiklərindən maraq göstərirlər. Çünki yaşı az olmayan kişi artıq həm maddi, həm də mənəvi daha çox irəliləmiş biridir və bu xüsusiyyətlər qadının ona daha çox inanması və etibar etməsinə səbəb olur. Lakin müəyyən vaxtdan sonra qadın hələ gələcək həyatı üçün planlar qurarkən, kişi üçün artıq çox şey geridə qalır, həmçinin yaş fərqi intim münasibətlərə də mənfi təsirini göstərir. Qadınlar yaşca böyük olan evliliklərdə də demək olar ki, gələcəkdə eyni tipli problemlər yaşanma ehtimalı çox böyükdür. Psixoloqların fikrinə görə, evlilkdə insanların bioloji yaşı deyil, onların fikirləri, xarakterin formalaşması, həyata baxış tərzi, təhsil, hansı ailələrdə böyüməsi onların birlikdə yaşaması üçün daha vacib amillərdən biridir. Kişi və qadın eyni yaşda ola bilərlər, lakin onlardan birinin daha formalaşmış xarakterə malik olub, digərinin isə uşaq xarakterli olması münasibətlərin korlanmasına gətirib çıxarır. Ona görə də evlilikdə mütləq məhz filan qədər yaş fərqi olmalıdır deyə bir şey demək çətindir. Lakin belə fikir var ki, kişilərin bir neçə yaş böyük olması daha məqsədə uyğundur, belə ki, bioloji xüsusiyyətlərinə görə, kişilər ailə başçısı, qoruyucu rolunda olacağı üçün, qadınlar isə yanında güclü kişi və sığına biləcək birinə üstünlük verdiklərindən belə evliliklər daha möhkəm olur. Bizim cəmiyyətdə də belə evliliklərə daha çox rast gəlinir. Hər yaş dövrünün öz ehtiyacları olduğundan kişinin 3-5 yaş xanımından böyük olması yaşlandıqca hər ikisinin ehtiyaclarının uyğun olması və müvafiq olaraq daha az konfliklərin olmasına səbəb olur. Evlilikdə ən vacib hər iki tərəfin ortaq cəhətlərinin daha çox olmasıdır, özünüzə tam uyğun birini axtarmaq böyük səhvdir, çünki hər kəsin fərdi xüsusiyyətləri vardır. Tamamilə sizə uyğun birini axtarmaqla siz tək qala bilərsiniz. Qarşınızdakının fərqli xüsusiyyətlərinin olması normaldır və bunu belə də qəbul etmək lazımdır, o da sizi olduğunuz kimi qəbul etdikdən sonra evliliyiniz daha möhkəm olacaqdır. Mənbə:azadqadin.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Psixologiya
Baxış sayı: 2530
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN