SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Qaymaqlı İspanaq Şorbası

whatsappda paylaş Whatsapp-la göndər
Qaymaqlı İspanaq Şorbası
6 pay üçün: Yarım kilo təzə ispanaq və ya 300 qramlıq dondurulmuş ispanaq paketi (mən təzəsindən istifadə edirəm) 4 xörək qaşığı kərə yağı Yarım stəkan doğranmış baş soğan 3 xörək qaşığı un 5 stəkan toyuq suyu (bulyon) (əvvəlcə 4 stəkanını əlavə edin, gərəkdiyində qalanını də qatın) Zövqə görə duz Zövqə görə istiot 1 stəkan süd qaymağı Bir çimdik yel cevizi tozu (zəruri deyil) Hazırlanması: İspanağı təmizləyin, sərk saplaqlarını kəsin. Yarpaqları iri-iri doğrayın. Yaxşıca yuduqdan sonra quruması üçün kağız dəsmal və ya çay dəsmalının üstünə sərin. Qazanda yağı orta odda əridin. Soğanı əlavə edib tez-tez qarışdıra-qarışdıra şəffaflaşıb yumuşalan, amma qızarmayanadək bişirin. İspanağı buraya əlavə edin. Tez-tez qarışdıra-qarıçdıra ispanaqlar yumuşalanadək (”ölənədək”). Üstünə unu səpin. Qarışdırın. Toyuq suyunu tökün. Tez-tez qarışdıra-qarışdıra qaynadın. Sonra isə blenderdə püre edin. Alınan püreni qazana geri tökün. Duz və istiot vurun. İstəyə göə, yel cevizi də əlavə etmək olar. Qaymağı qazana əlavə edin. Qarışdırın. Vam odda şorbanı isti vəziyyətə gətirin, amma qaynatmayın. Şorbanız hazırdır. Əgər şorba çox qatıdırsa, bir az toyuq suyu əlavə edib qarışdırın. Mənbə: azcookbook.com
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 639
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN