SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Ata və anada qan uyuşmazlığı

whatsappda paylaş Whatsapp-la göndər
Ata və anada qan uyuşmazlığı
Hamiləlik zamanı rezus mənfi (rh-) ana və rezus-müsbət dölün (Rh+) arasında rezus-konflikt yarana bilər. Lazım olan tədbirlər görünmədikdə, belə konflikt ağır fəsadlar verə bilər və hətta uşağın həlak olması ilə nəticələnə bilər. Bu səbəbdən gələcək ana və ata hamiləliyin planlaşdırılması mərhələsində öz qan qruplarını təyin etməlidirlər. Rezus-faktorun irsən keçməsi necə baş verir? Ananın rezus faktoru Atanın rezus faktoru Uşağın rezus faktoru Rezus konflikt Rh+ Rh+ Rh+ (75%) və ya rh- (25%) mümkün deyil Rh+ rh- Rh+ (50%) və ya rh- (50%) mümkün deyil rh- Rh+ Rh+ (50%) və ya rh- (50%) mümkündür (50%) rh- rh- rh- (100%) mümkün deyil Nəzərinizə çatdıraq ki, hətta valideynlərin hər birinin qanı rezus-müsbət (Rh+) olduqda, ailədə rezus-mənfi (rh-) uşaq doğula bilər. Lakin bu halda rezus-konflikt yaranmır. Bundan əlavə ananın qanının rezus-faktoru mənfi (rh-), atanın isə müsbət (Rh+) olduqda, bu heç də o demək deyil ki, uşağın qanı mütləq rezus-müsbət (Rh+) olacaq və rezus-konflikt yaranacaq. Uşağın qanı bu halda rezus-mənfi (rh-) da ola bilər və bu vəziyyətdə rezus-konflikt inkişaf etməyəcək. Ananın qanı rezus-müsbət, uşağın isə rezus-mənfi olduqda rezus-konflikt yaranmır.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 5013
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN