SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Yayda necə makiyaj edək?

whatsappda paylaş Whatsapp-la göndər
Yayda necə makiyaj edək?
Heidi Klum, Qisele Bündxen, Klaudia Şifer, Silvie van der Vart kimi ulduzların öz gözəlliyini etibar etdiyi məşhur stilist Serena Goldenbaum toy və çimərlik makiyajının sirləri ilə yanaşı 2015 yay makiyaj trendlərini açıqlayıb. 2015 yayında ənlik, göz kölgəsi və dodaq boyasının ərik, gözlərdə isə firuzəyi, mavi, bənövşəyi və hətta ağ rəngli sürmələrin ön plana çıxacağını vurğulayan Selena, dodaqlar üçün çəhrayı, portağal və tut rəngi seçimi ilə qadınların çılğın görünüş qazana biləcəklərini deyir. Yay günlərində çox və ağır makiyaj etməyin. Çox pudra və tonal krem tərlədiyiniz zaman dərinizin yağlı görünməsinə səbəb olar. Bütün üzünüzü makiyajla boğmaqdansa, örtülməsi lazım olan hissələri örtün. Üzünüzdə örtülməli olan nöqtələri duru bir tonal kremlə gizlədin. Yay toylarında suya davamlı makiyaj ləvazimatları istifadə edin. Üz üçün az və rəngli, gözlər üçün suya davamlı layner çəkin. Bu yay toy makiyajınının əvəzedilməz rəngləri: gözlər üçün qızılı rəng, yanaq üçün gül, ya bürünc qızılı, dodaqlar üçün gül, bal, konyak və ərik rəngidir. Toy makiyajında pudradan çox istifadə etməyin. Sadəcə alın, burun və çənə bölgəsi çox yağlı görünməsin deyə, həmin bölgələrə azca pudra vurun. Toy makiyajında sərt cizgilərə yol verməyin. Yüngül toxunuşlar edin. Çimərliyə getmədən əvvəl dərinizi nəmli saxlayacaq, rahat nəfəs aldıracaq formul və günəşdən qoruyan SPF 30 faktorlu krem vurun. Çimərliyə gedərkən makiyaj etmək istəyirsinizsə, suya davamlı layner, tuj, yanaq üçün krem rəng ənlik, dodaq üçün gloss, rəngli mat dodaq boyası istifadə edin. Bütün gün üzünüzə yapışan kir və makiyajı axşam təmizləməyi unutmayın. Mənbə:aile.lent.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 2152
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN