SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Şəkər xəstəliyindən qorunmağın YOLLARI

whatsappda paylaş Whatsapp-la göndər
Şəkər xəstəliyindən qorunmağın YOLLARI
Son dövrün geniş yayılmış xəstəliklərindən olan diabetdən qorunmaq əslində mümkündür. Bir çox xəstəliyi də özü ilə bərabər gətirən diabet infarkt, yüksək təzyiq, böyrək çatışmazlığı kimi ciddi problemlərə yol açır. Xalq arasında şəkər xəstəliyi olaraq bilinən “diabetes mellitus”, pankreasdan ifraz olunan və qanda şəkər səviyyəsini tənzimləyən insulin adlı hormonun heç istifadə edilməməsi nəticəsində yaranan bir xəstəlikdir. Qanda şəkər səviyyəsini yüksəldən bu xəstəlik müalicə edilməzsə, sonda ölümlə nəticələnə bilər. Şəkər xəstəliyi infarkt, yüksək təzyiq, böyrək çatışmazlığı, iflic, korluq və bir çox xəstəliklərə zəmin yaradır. Çox ciddi bir xəstəlik olan şəkər insanın həyat keyfiyyətini pozaraq ölümə də yol aça bilər. Şəhər həyatının gətirdiyi stress, hərəkətsizlik, nizamsız qidalanmaq (yağlı və qatqılı maddələrdən hazır qidalar, təzə meyvə-tərəvəz az yemək), siqaret və spirtli içki istifadəsi, yuxu problemləri və sonda köklüyün meydana gəlməsi də şəkər xəstəliyinin səbəbləri sayıla bilər. Şəkər xəstəliyindən qorunmaq üçün nə etməli? Gündəlik həyatın yaşatdığı stressdən mümkün olduğu qədər təsirlənməyin Kök olmaqdan qaçın Siqaret, spirtli içki və digər pis vərdişlərdən uzaq durun Nizamlı və təbii qidalanın Müntəzəm yuxu yatın İdmana vaxt ayırın Marağınıza uyğun hobbi ilə məşğul olun Mənbə:aile.lent.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 1008
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN