SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Burun spreyindən çox istifadə etməyin, yoxsa… - XƏBƏRDARLIQ

whatsappda paylaş Whatsapp-la göndər
Burun spreyindən çox istifadə etməyin, yoxsa… - XƏBƏRDARLIQ
Günümüzdə olduqca geniş istifadə edilən burun spreylərindən uzun müddət istifadə etdikdə asılılıq yaradaraq, “rhinitis medikamentoza”, yəni dərmana bağlı burun tıxanıqlıqlığına yol açır. Burun tıxanıqlığı zamanı istifadə edilən bu spreyləri 5 gündən çox vuranda asılılıq yaradır. Buna görə burun tıxanıqlığının əsl səbəbi aşkarlanıb mütləq müalicə edilməlidir. Burun tıxanıqlığı əsasən burun axıntısı, qrip, sinusit, allergiya kimi səbəblərdən dolayı ortaya çıxır. Bu problemlər zamanı burun spreyi vurduqda o, “konka” adlanan burun ətini kiçildərək bir neçə dəqiqə içində təsirini göstərir və 5-7 gün bəs edir. Burun spreyləri tez-tez infeksiya keçirən, allergiyası olan, burun qığırdağı və sümüyündə əyrilik ucbatından tıxanıqlıq yaşayanlar üçün müvəqqəti çıxış yoludur. İlk başda təsiri 6-8 saat davam edir, ancaq uzun müddət istifadə edildiyində təsiri azalır və nəticədə asılılıq yaranır. Xəstə burun spreyi olmadan nəfəs ala bilmir. Burun tıxanıqlığına yol açan səbəbi müəyyən edib onu müalicə etməlisiniz. Sprey yerinə isə bir müddət duzlu sudan, ya da kortizon tərkibli olmayan və uzun müddət istifadəsi aslılıq yaratmayan burun spreyləri istifadə edə bilərsiz. Burun allergiyasına bağlı burun əti böyüməsi olan xəstələrə yerli anesteziya vasitəsilə radifrekans edilir və burun əti kiçildilir. Burun əyriliyi olanlara isə septoplastika əməliyyatı edilərək, burun tıxanıqlığı problemi aradan qaldırılır. Mənbə:aile.lent.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 1378
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN