SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Keçməyən kürək ağrılarına diqqət... Onurğa şişləri gizli inkişaf edir

whatsappda paylaş Whatsapp-la göndər
Keçməyən kürək ağrılarına diqqət... Onurğa şişləri gizli inkişaf edir
Onurğa şişləri bədən analizləri zamanı təsadüfən məlum olur və ya yeriməkdə çətinlik çəkməklə özünü büruzə verir. Ortopediya və travmatologiya üzrə mütəxəssis dr. Çağatay Öztürk onurğadakı lokal ağrılara diqqət edilməsi barədə xəbərdarlıq edərək risk altındakı xəstələrin bədən analizinin aparılmasının labüdlüyünü vurğulayıb. Döş, ağciyər və bədənin müxtəlif yerlərində ortaya çıxa bilən şişlərin onurğaya keçməsi ilə əmələ gələn metastatik onurğa şişlərinin xəstənin müalicəsi zamanı hər zaman fərqinə varılmır və xəstənin iflic riski ilə qarşı-qarşıya qalmasına səbəb olur. Geçməyən kürək ağrılarına diqqət Onurğa və onurğa iliyi şişləri yerləşmə vəziyyətinə görə fərqli siqnallar verə bilər. Kürəkdə olan və istirahətlə keçməyən ağrı ən çox rastlanan şikayətlər sırasındadır. Yüksək hərarət, çəki itirmə, halsızlıq kimi xronik xəstəlik əlamətləri də müşahidə oluna bilər. Kürək və bel bölgəsində olan şişlər qollar və ayaqlarda keyləşmə hissi ilə yanaşı yeriməkdə də çətinlik yaradır. Çağatay Öztürk metastatik onurğa şişlərinin müalicəsində radiologiya və onkologiya mütəxəssislərinin birlikdə fəaliyyət göstərdiyini qeyd edib. Onun fikrincə, bədəninin başqa bölgəsində şiş olan xəstələri həm fiziki, həm də psixoloji olaraq metastatik onurğa şişinin müalicəsi üçün hazırlamaq lazımdır. Müalicə prosesi şişin yerləşdiyi bölgə, şişin böyüklüyü, xəstənin yaşı kimi faktorlardan asılı olaraq fərqli ola bilər. Cərrahi müdaxilə, radioterapiya, kemoterapiya, immunoterapiya kimi metodlar ayrı-ayrı və ya kompleks şəkildə istifadə edilərək xəstənin müalicə prosesinə başlanılır. Həmçinin metastatik onurğa şişlərində əsas risk qrupunu 45 -65 yaşlarında xərçəng tarixçəsi olan kişilərin təşkil etdiyi vurğulanır. Mənbə:saglamolun.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 920
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN