SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Krep şirniyyatı

whatsappda paylaş Whatsapp-la göndər
Krep şirniyyatı
Son zamanlar hər kəsin sevimli qidası halına gəlmiş krepləri səhər yeməyi kimi və günorta desert kimi yemək olar. Bu ləzzətli kreplərin evdə hazırlanması qaydasını təqdim edirik. Lazım olan məhsullar: Yumurta - 2 ədəd Süd - 1 stəkan Un - 1 stəkan Vanil - 1 paket Toz şəkər - 1,5 çay fincanı Hazırlanması: - Bütün lazım olan məhsulları bir qaba yerləşdirib mikserlə qarışdırın. - Krepləri hazırlayacağınız tavanı seçərkən teflon tava olmasına diqqət edin. - Tavanı azacıq yağlayın. - Alınan kütlədən çömçə vasitəsilə bir çömçə qədərində krep tavasına tökün. - İki tərəfi də qızaracaq şəkildə bişirin. Qabdakı kütlə bitənə qədər bu prosesi davam etdirin. - Hazır kreplərin üzərinə mürəbbə, şokolad sousu, fındık əzməsi, meyvə və ya zövqünüzə görə əlavələr qoya bilərsiniz. Mənbə:saglamolun.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 723
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN