loading...

Uşaqlarınıza çoxlu balıq yedizdirin

whatsappda paylaş Whatsapp-la göndər
Uşaqlarınıza çoxlu balıq yedizdirin
Ov qadağalarının sona çatmasıyla birlikdə dükan və bazarlarda bol olan balığın körpəlikdən etibarən uşaqların inkişafı üçün çox əhəmiyyətli bir qida qaynağı olduğu bildirilir. Balığın tərkibndə olan çoxlu miqdarda zülal, D vitamini, fosfor və kalsium kimi lazımlı maddələr bütün yaş qruplarına aid olan uşaqlar üçün çox əhəmiyyətlidir. Bundan başqa, balıq xüsusilə zülal və Omeqa-3 yağları baxımından çox zəngindir. Bu da uşaqlarda beyin və göz inkişafında böyük rol oynayır. Yetkin və azyaşlı uşaqların həftədə ən azı iki dəfə balıq yemələri məsləhət görülür. Həzmi asan olduğu üçün 7-çi aydan etibarən körpələrə balıq qaynadılaraq, ya da püre halında yedirilməlidir. Körpə çeynəməyə alışdıqdan sonra bu cür qidaları masada yeyə bilər. Balıq çox nadir olaraq allergiya verən qidadır. Bu səbəbdən təzə balığı uşaqlara əminliklə yedirə bilərsiniz. Xüsusilə körpəlikdə və uşaqlıq çağlarında həddən artıq yağlı qidalardan istifadə edərək bəslənən, bol kalori alan kəslər irəliləyən yaşlarda ürək və damar xəstəlikləri başda olmaqla bir çox xəstəliyə tutula bilər. Buna görə də kiçik yaşdan etibarən bəslənmə vərdişlərimizə diqqət yetirməli, sağlam qida olan balığı süfrəmizdən əskik etməməliyik. Uşaqların bəslənmə çantasına həftədə iki dəfə buterbrod çörəyi içində balıq qoya bilərsiniz. Balıq fosfor və mineral baxımından zəngin olduğu üçün xüsusilə məktəb çağlarında sümük inkişafına yaxşı təsir edir. Hər şeydən çox və səhv istifadə edilməsinin sağlamlığa mənfi təsiri olduğu kimi, balıqdan da həddən artıq istifadə etməməyə diqqət yetirmək lazımdır. Qərarında istifadə etmək əhəmiyyətlidir. Ayrıca, balığı yağda qızartmaq əvəzinə buğlama, sobada qızartma şəklində bişirilməsi daha məqsədəuyğundur ki, bu da uşaqların inkişafı üçün daha faydalı olduğunu sübut edir. Mənbə:qadin.net
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 935
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN