SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Kəpəkdən təbii olaraq xilas olmanın 10 yolu

whatsappda paylaş Whatsapp-la göndər
Kəpəkdən təbii olaraq xilas olmanın 10 yolu
Kəpək probleminiz var, lakin heç cür qurtara bilmirsiniz. Çiyinlərinizə tökülən bu ağ pulcuqlardan evinizdə hər zaman istifadə etdiyiniz yemək və içkilər sayəsində də xilas olmaq mümkündür. Kəpək quru saç dərisinin ya da seboreik dermatit adlandırılan dəri probleminin bir nəticəsi ola bilər. Ayrıca ekzema, malasseziya adlı göbələk növü, sədəf xəstəliyi nəticəsində da kəpək meydana gələ bilər. Kəpəyi əczaxanalarda satılan müxtəlif şampuanlarla müalicə edə biləcəyiniz kimi, evinizdə olan və ya evdə hazırladığını vasitələrlə də müalicə edə bilərsiniz. Alma sirkəsi: Mütəxəssislər alma sirkəsinin kəpəyi müalicə edə bildiyini söyləyir. Alma sirkəsinin turşuluq nisbəti dərinizin pH səviyyəsini dəyişdirir və kəpək meydana gəlməsini çətinləşdirir. Dörddəbir stəkan suyla, dörddəbir stəkan alma sirkəsini sprey şüşəsinin içində qarışdırın və saç dərinizə püskürdün. Saçlarınızı dəsmalla sarın və 15-60 dəqiqə oturub gözləyin, daha sonra saçınızı hər zamanki kimi durulanın. Bunu həftədə 2 dəfə edin. Limon: Saç dərinizə 2 yemək qaşığı limonla masaj edin və sonra suyla durulanın. Daha sonra 1 fincan suyun içinə 1 çay qaşığı limon suyu qarışdırın və bununla saçınızı durulayın. Kəpəklərinizdən xilas olana qədər bunu hər gün təkrarlayın. Limonun turşuluq səviyyəsi dərinizin pH tarazlığına kömək edir və saçınızı kəpəkdən uzaq tutur. Duz: Sıravi süfrə duzunun turşusu sayəsində saçınızı şampuanlamadan əvvəl kəpək töküntülərini duzla ovalamaq təsirli vasitədir. Bunun üçün duzu əlinizə alın və quru olan saç dərinizə bir az duz səpin. Yavaş- yavaş saç dərinizə masaj edin. Quru və kəpəkli dərinizin yaxşılaşdığını və şampun üçün hazır hala gəldiyini görəcəksiniz. Aloe vera: Saçlarınızı şampuanlamadan əvvəl aloe verayla masaj etsəniz, saçınızın qaşınmasından xilas olarsınız. Aloe vera sərinlədici təsiri ilə qaşınma yüngülləşdirəcək. Zeytun yağı: 10 damla zeytun yağı ilə saçınıza masaj edin və saç qucaqlayıb səhərə qədər bu şəkildə yatın. Sabah olunca normal şampuanınızla saçınızı yuyun. Daha sürətli bir yaxşılaşma üçün zeytun yağı ehtiva edən şampun istifadə edin. Hindistan qozu yağı: Gözəl iy verən Hindistan qozu yağı yaxşı və sınanmış bir kəpək müalicəsidir. Duş almadan əvvəl, 3-5 yemək qaşığı hindqozu yağı ilə saç dərinizə masaj edin və təxminən bir saat bu şəkildə gözləyin. Sonra normal olaraq şampunlanın. Ayrıca hindqozu yağı ehtiva edən şampun istifadə edə bilərsiniz. Sarımsaq: Sarımsağın anti-göbələk xüsusiyyəti kəpəyə yol açan bakteriyanı silməkdə mükəmməldir. Sarımsağı əzin və saç dərinizi bununla ovalayın. Sarımsağın qoxusundan xilas olmaq üçün isə əzilmiş sarımsağı balla qarışdırın, bu qarışıqla saçınıza masaj edin. Saçınızı normal şəkildə durulanın. Aspirin: Kəpək şampuanlarında olan salisil turşusu aspirini də var. İki aspirini parçalayın, toz halına gətirib hər səfərində istifadə normal şampunun içinə əlavə edin. Saçınızı şampunlayıb 1-2 dəqiqə gözləyin, sonra yaxşıca durulanın və normal şampunla təkrar saçınızı yuyun. Çay ağacı yağı: Bir araşdırma görə, yüzdə 5 çay ağacı yağı ehtiva edən şampunların Kəpəyin şiddətini azaltdığı təyin olundu. Hər zaman istifadə etdiyiniz şampuanınıza bir neçə damla çay ağacı yağı əlavə edə bilərsiniz. Qabartma tozu: Saçınızı isladın və sonra bir ovuc qabartma tozuyla saç dərinizi qüvvətli bir şəkildə ovalayın. Şampuanlamadan saçınızı yaxşıca durulanın. Qabartma tozu, kəpəyə yol açan həddindən artıq aktiv olan göbələyi azaldır. Başda saçınız quruya bilir, ancaq bir neçə həftə sonra saç dəriniz təbii yağlar çıxarmağa başlayacaq, saçlarınız daha yumşaq olacaq və kəpəklər yox olacaq. Mənbə:anaveusaq.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 1343
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN