loading...

Lovğa kərgədan

whatsappda paylaş Whatsapp-la göndər
Lovğa kərgədan
Biri var idi, biri yox idi, bir Kərgədan vardı. O, hamıya sataşmağı xoşlayır, kimi isə pərt edəndə sevinərdi. - Qozbel, qozbel, sənin nə əyri belin var? Yoxsa belinə böyük balqabaq qoymusan? - deyə dəvəyə sataşardı. Dəvə hirslənib ona сavab verərdi: - Mənim belimdə bir yox, üç balqabaq olsa da, pis görünmərəm. Amma sənin belin düz olsa da, çox yaraşıqsızsan. Kərgədan dəvədən ayrılıb yolda fillə rastlaşdı. Filə gülüb dedi: - Niyə bu günə düşmüsən? O qədər şişmisən ki, az qala partlayasan. Mən sənin kimi gonbul fil görməmişəm. Gonbulun biri! - Gonbul da olsam zəhmətkeşəm. Gör bir gündə nə qədər iş görmüşəm. Adamları meşəyə aparmışam, odun daşımışam, xortumuma su alıb hər yana çiləmişəm sərin olsun, bəs sən nə etmisən? - Mən heç bir iş görməsəm də, sənin kimi kifir deyiləm. Əsas odur. Kərgədan fildən ayrılıb gülə-gülə yoluna davam etdi. Qarşısına bir Panda çıxdı. Kərgədan təəccüblə ona baxıb soruşdu: - Sən kimsən? Panda ona salam verib əl uzatdı: - Gəl tanış olaq! Mən Pandayam! Kərgədan yersiz-yersiz gülməyə başladı: - Sən niyə bu gündəsən? Yarı qara, yarı ağ. Özünü bir az təmiz saxla da. Elə çirklisən ki, bütün bədənin ala-buladır. Mən hərdən palçıqda yatıram, amma heç vaxt sənin günündə olmuram. Sənin kimi çirkin heyvan görməmişəm! Bu vaxt Tutuquşu söhbətə qarışdı: - Sən hamıya çirkin deyirsən, amma heç özündən xəbərin yoxdur! - Donqaburun tutuquşu! Sən hamıdan çirkinsən! Tutuquşunun hirsindən dili söz tutmayıb qanadları titrədi. Bunu görən Hacıleylək Tutuquşunu müdafiə etmək üçün dimdiyini qabağa uzatdı ki, nəsə desin. Kərgədan onun sözünü kəsdi: - Bir özünə bax, uzun, eybəcər ayaqların var. Adını quş qoymusan, amma uça bilmirsən! Hacıleylək həmişə uçmağı arzulayırdı. Kərgədan onun yaralı yerinə toxunmuşdu. Ona görə də ağlaya-ağlaya dedi: - Hərədə bir eyib tapırsan, bəlkə bir özünə də baxasan!.. Kərgədan lovğa-lovğa dedi: - Özümə niyə baxım, məgər mənim eybim var? Nə isə... Kərgədan hərəyə bir cür sataşırdı. Bir gün fil, panda, dəvə, hacıleylək, tutuquşu meşədən bir güzgü tapdılar. Güzgü onların o qədər xoşuna gəldi ki, ona baxıb doyunca güldülər. Sonra güzgünü götürüb getdilər Kərgədanın yanına ki, ona sataşsınlar. Panda güzgünü kərgədana göstərdi. Kərgədan güzgüyə baxdı, baxdı: - Bu eybəcər kimdir? - deyə qəhqəhə çəkib soruşdu: - Bu kimin şəklidir? Bəs burnundakı nədir? Özü də düz mənə baxır. Mən hələ belə çirkin heyvan görməmişəm. Hamı Kərgədana gülürdü. Amma lovğa Kərgədan başa düşmürdü ki, hamı ona gülür. Mənbə:portal.azertag.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hekayələr
Baxış sayı: 705
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN