SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Gipsin nağılı

whatsappda paylaş Whatsapp-la göndər
Gipsin nağılı
Görün indi bizim əlimizdə nə qədər müxtəlif əşya var. Amma bir vaxtlar, qədim dövrdə nə qəhvədan, nə karandaş, nə velosiped, nə televizor var idi. Hazırda biz onlarsız həyatımızı təsəvvür edə bilmirik. Belə lazımlı əşyalar olmadığı üçün insanlar onları yerin altından qazıb çıxarmağa məcbur oldular. İlk əvvəl əcdadlarımız qəhvədanlar, qazanlar, açarlar, daha sonra paravozlar və paraxodlar çıxarmağı öyrəndilər. İllər ötdü insanlar müxtəlif elmlərə yiyələndikcə yerin altından təyyarələr və kosmosa uça bilən kosmik gəmilər də tapmağa başladılar. Düzdü, bunların heç biri yerin altından hazır çıxmırdı. Axı hazır halda yerdən heç mismar da tapmaq olmaz, əgər onu kimsə itirməyibsə. Bunların hamısı orda xammal halında, yəni faydalı qazıntı şəkilindədir. Bəs niyə görə faydalı? Niyə görə qazıntı? Ona görə ki, bizə faydalı olan şeyləri tapmaq üçün çoxlu torpaq qazıb çıxarmaq lazım gəlir. 5-ci nağıl. Gipsin nağılı Yerin altını tərk etdikdən sonra həmvətənlərlə fəxr etmək xoş gəlir hər kəsə. - Mənim həmvətənim həkimdir. Travmatoloq. Sınıqların bitişməsinə kömək edir. - Mənim yerlim isə - heykəltəraşdır. İşləri sərgilərdə nümayiş olunur. - Mənimki isə tikintidə işləyir. - Mənim yerlim kənd təsərrüfatı üzrə məşhur mütəxəssisdir. - Məşhurdur? Bəs onun adı nədir? - Gips. - Buna bax a... Mənimkinin də adı Gipsdir. - Təsadüfə bax! Mənimkinin də... - Qəribədir... Mənim də tanışım Gipsdir. Bu gips kimdirsə bütün elmlər üzrə aparıcı mütəxəssisdir. Həm sınmış sümükləri sağaldır, həm heykəllər düzəldir, həm divarı necə lazımdır hamarlayır, üstəlik torpağı da gübrələyir, hələ başqa bacarıqlarını demirəm... Belə çıxır ki siz hamınız bir nəfərlə lovğalanırsınız. Bir nəfərdir – amma görün necə məharətlidir. Belə həmyerli ilə yerin altından insan içinə çıxanda qürurun yerə-göyə sığmır. Mənbə:portal.azertag.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hekayələr
Baxış sayı: 863
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN