SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Gilin nağılı

whatsappda paylaş Whatsapp-la göndər
Gilin nağılı
Görün indi bizim əlimizdə nə qədər müxtəlif əşya var. Amma bir vaxtlar, qədim dövrdə nə qəhvədan, nə karandaş, nə velosiped, nə televizor var idi. Hazırda biz onlarsız həyatımızı təsəvvür edə bilmirik. Belə lazımlı əşyalar olmadığı üçün insanlar onları yerin altından qazıb çıxarmağa məcbur oldular. İlk əvvəl əcdadlarımız qəhvədanlar, qazanlar, açarlar, daha sonra paravozlar və paraxodlar çıxarmağı öyrəndilər. İllər ötdü insanlar müxtəlif elmlərə yiyələndikcə yerin altından təyyarələr və kosmosa uça bilən kosmik gəmilər də tapmağa başladılar. Düzdü, bunların heç biri yerin altından hazır çıxmırdı. Axı hazır halda yerdən heç mismar da tapmaq olmaz, əgər onu kimsə itirməyibsə. Bunların hamısı orda xammal halında, yəni faydalı qazıntı şəkilindədir. Bəs niyə görə faydalı? Niyə görə qazıntı? Ona görə ki, bizə faydalı olan şeyləri tapmaq üçün çoxlu torpaq qazıb çıxarmaq lazım gəlir. 4-cü nağıl. Gilin nağılı. Bir zamanlar yer üzündə Sərt Gil yaşayırdı. İnsanlara əziyyətdən başqa bir şey vermirdi. Çox quru və hissiz idi. Kiməsə yaxşılıq etməkdənsə çatlayardı. Bir gün onun yanına Su gəlir. - Məsləhət görürəm ki, bir az mülayim olasan. O zaman insanlara yaxşılıq edib həyatlarını yüngülləşdirərsən, - deyib Gilə toxunur. Gil də həmin an mülayimləşib yumşalır. Suyun köməyi ilə elə yumşalır ki, ondan hətta qab da düzəltməyə başlayırlar. - İndi biz bir yerdə insanlara yaxşılıq etməyə başladıq, insanları yedirmək, içirrmək üçün qaba döndük. - Su deyir. - İndi isə mən buxarlanıb aradan çıxım. - Deyirsən ki bir yerdə kömək edərik, amma özün buxarlanıb qaçırsan. Bir də ki bizdən artıq qab düzəldiblər də... - Hələlik! Sağ ol! – Deyə Su sözünə davam edir. – İnsanlara faydalı olmaq üçün qablar sərt olmalıdır və su buraxmamalıdır. Mənimlə birgə isə sən heç vaxt sərt ola bilməzsən. Ona görə də - Əlvida! - Axı sən deyirdin ki yaxşılıq etmək üçün mülayim, yumşaq olmaq lazımdır. İndi isə deyirsən ki sərt ol... - Hər şeyi düz demişəm, - deyə Su cavab verir. – Bayaq sən sadəcə Gildin, ona görə də səndən nə isə düzəldib ona şəkil vermək üçün yumşalmağın lazım idi. İndi isə artıq qab olmusan. Artıq sənə bərklik lazımdır. Su buxarlanandan sonra Gil fikrə gedir: - Belə çıxır ki, yaxşılıq etmək elə də asan iş deyilmiş. Əgər yaxşılıq etmək istəyirsənsə nə vaxt yumşalıb, nə vaxt sərtləşməyi bilməlisən. Mənbə:portal.azertag.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hekayələr
Baxış sayı: 920
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN