SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Noxud üstündə yatan şahzadə qız

whatsappda paylaş Whatsapp-la göndər
Noxud üstündə yatan şahzadə qız
Biri var idi, biri yox idi, bir şahzadə oğlan var idi. O, əsl şahzadə qız ilə evlənmək istəyirdi. Şahzadə oğlan özünə adaxlı tapmaq üçün bütün dünyanı gəzib-dolaşdı, çox axtardı, amma istədiyini tapa bilmədi. Şahzadə qız çox idi, amma oğlan onların doğrudan da əsl şahzadə qız olub-olmadığını heç cür öyrənə bilmirdi. Hərəsində bir nöqsan tapırdı. Şahzadə oğlan kor-peşman halda evə qayıtdı və qəm dəryasına batdı. Bir dəfə axşama yaxın hava dəyişdi: göy guruldadı, ildırım çaxdı, bərk yağış yağmağa başladı. Birdən kimsə sarayın darvazasını döydü. Qoca kral qapını açmağa getdi. Qapıda bir qız durmuşdu. Yağış onu təpədən dırnağadək islatmışdı. Su saçlarından və paltarından süzülüb ayaqqabılarının içinə tökülür, dabanlarının altından axıb gedirdi. Bununla belə qız and-aman edirdi ki, əsl şahzadədir! Kraliça ürəyində düşündü: “Yaxşı, yoxlayarıq”. O, qıza heç nə demədən yataq otağına keçdi. Yorğan-döşəyi çarpayının üstündən atdı, quru taxtın üstünə bir noxud dənəsi qoydu. Sonra bu noxud dənəsinin üstündən on iki pərqu döşək, döşəklərin də üstündən on iki yorğan saldı. Şahzadə qızı bu çarpayıda yatırtdılar. Səhər ondan necə yatdığını soruşdular. Şahzadə qız cavab verdi: - Çox pis yatmışam. Demək olar, səhərəcən gözümü yummamışam. Bircə Allah bilir, yorğan-döşəyimə nə düşmüşdü. Çox bərk bir şeyin üstündə uzanmışdım. İndi hər yerim göm- göydür! Dəhşətdir. Bu zaman hamı başa düşdü ki, bu qız doğrudan da əsl şahzadə imiş. Axı o, noxud dənəsini on iki pərqu döşək və on iki yorğan üstündə uzanaraq hiss etmişdi. Ancaq əsl şahzadə qız belə zərif ola bilər. Şahzadə oğlan həmin qızla evləndi. Həmin noxud dənəsini isə kunstkameraya qoydular. Əgər heç kim oğurlamayıbsa, yəqin ki, noxud dənəsi hələ də oradadır. Onu da bilin ki, bu, olmuş əhvalatdır! Mənbə:portal.azertag.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hekayələr
Baxış sayı: 1760
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN