SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Taylı tayın tapmasa, pis keçər axır günü

whatsappda paylaş Whatsapp-la göndər
Taylı tayın tapmasa, pis keçər axır günü
Günlərin bir günü bir siçanla bir qurbağa dost oldular. Onlar bir-birinə elə öyrəşmişdilər ki, bir-birindən ayrı dura bilmirdilər. Siçan dostunu görmək üçün hər gün çayın qırağına gəlirdi. Amma nə fayda, çayın səsi qoymurdu qurbağanın səsini eşitsin. Bir gün siçan qurbağaya dedi: -Mən çayın qırağına gələndə sənin səsini eşitmirəm, səni tapa bilmirəm. Necə eləyək ki, gələn kimi səni tapım? Qurbağa dedi: -Gəl bir uzun ip tapaq. Bir ucunu sənin ayağına bağlayaq, bir ucunu də mənim ayağıma. İplə bir-birimizi asan taparıq. Qurbağanın tədbirini çox bəyənən siçan dedi: -Yaxşı tədbir tökdün. Mən gedim ip gətirim. Siçan özünü bir evə saldı, bir kələf ip tapıb gətirdi, ipin bir ucunu özünün, bir ucunu da qurbağanın ayağına bağladı. Bir müddət belə dolandılar, görüşdülər, söhbətləşdilər. Bir dəfə siçan qurbağanın yanına gələndə bir qarğa onu gördü. Göydən şığıyıb siçanı dimdiyinə götürdü, yenə göyə qalxdı. Adamlar bu mənzərəni görüb gülüşdülər. Onlardan biri dedi: -Ay axmaq qurbağa, axı sən qarğanın yemi deyilsən, niyə göydə sallaqlı qalmısan? Qurbağa bunu eşidib dedi: -Bu mənim başıma, tayım olmayan siçanla dost olduğumdan gəlib. Yaxşı deyiblər: “Taylı tayın tapmasa, pis keçər axır günü”. Azərbaycan xalq nağılı Mənbə:portal.azertag.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hekayələr
Baxış sayı: 2352
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: cabarov.beyrek@mail.ru

  • BİZİ FACEBOOKDA İZLƏYİN