SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Xanımböcəyi

whatsappda paylaş Whatsapp-la göndər
Xanımböcəyi
Biri vardı, biri yoxdu, rəngbərəng dünyamızda balaca boz bir böcək vardı. Rəngi diqqəti cəlb etmədiyinə görə heç kim onun varlığını hiss etmirdi və böcək tənhalıqdan çox sıxılırdı. Bu balaca böcək çox zəhmətkeş idi. Hamıya kömək edirdi, amma heç kim onun əməyini qiymətləndirmirdi. Bütün həşəratlar parlaq rəngləri ilə öyünür, boz böcəyi saya salmırdılar. Balaca böcək qüssələnirdi: “Bu necə ola bilər! Allah çox müdrik və səxavətlidir. Yəni o mənə bir az rəng verməyəcək ?” Səhər boz böcək mehriban bir təmasdan oyandı. Günəş şəfəqləri ilə ona sığal çəkərək nəvazişlə deyirdi: “Əziz balam, sən özünə, öz gücünə inan! Sən qeyri-adi böcəksən. Hər şey yaxşı olacaq!”. Balaca böcək kiminsə onu sevdiyinə, ona inandığına görə çox sevindi və böyük həvəslə işə girişdi. O düşünürdü: “Əgər bütün yarpaqları boz mənənədən təmizləsəm onlar yamyaşıl olacaq. Yaşıl yarpaqların arasında boz rəngim diqqəti cəlb edəcək”. O elə həvəslə çalışırdı ki!... Nəhayət, yarpaq-yarpaq, budaq-budaq bütün ağacları təmizləyib qurtardı. Sonra gördüyü işə tamaşa edib zövq almaq üçün ətrafına boylandı. Qarşısında gözəl bir bağ gördü. Agacdakı hər yarpaq ona baxıb pıçııldayırdı: “Sağ ol, sən bizi xilas etdin! Bizə yeni həyat verdin. Sən hamıdan yaxşısan!”. Balaca boz böcək xoş sözlərdən elə təsirləndi ki....dönüb qıpqırmızı oldu. İndi ətrafdakı bütün həşəratların gözü parlaq qırmızı rəngli böcəkdə idi. Özünü çox xoşbəxt hiss edən balaca böcək ətrafa xeyirxahlıq şəfəqləri yayır, nəşə saçırdı. Buna görə də onu “Xanımböcəyi” adlandırmağa başladılar. O, uşaqlarla bərk dostlaşmışdı. Uşaqlar böcəyi əllərinə götürüb onun səmaya uçmasını və onların istəyini yerinə yetirməsini arzulayırlar. O da uçub uşaqları sevindirir. Bilir ki, həyatda hər kəs arzuladığı hər şeyə çata bilər. Sadəcə, özünə inanmaq və çalışmaq lazımdır. Mənbə:portal.azertag.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hekayələr
Baxış sayı: 1060
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN