SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Üç bulud

whatsappda paylaş Whatsapp-la göndər
Üç bulud
Bir gün üç bulud mavi səmada seyrə çıxmışdı. Onlar bütün dünyanı gəzib dolandılar, hər şeyi, hər yeri gördülər. Sonra darıxmağa başladılar. Fikirləşdilər ki, nə işlə məşğul olsunlar. Nəhayət, mərc gəldilər: görək onların hansı biri insanların tərifini qazanacaq. Buludların ən irisi böyük bir şəhərə yollandı. Şəhərin üzərində dayanıb gur yağış səpələdi, hər tərəfi yumağa başladı. Aramsız yağan yağış torpağı, maşınları, damları döyəclədikcə bulud fikirləşirdi: -Mən indi şəhəri tərtəmiz yuyaram, adamlar da gülümsəyib mənə “sağ ol” deyərlər. Bulud elə hey yağış yağdırırdı. Amma fikirləşmirdi ki, şəhəri selə-suya qərq edir. Körpülər suyun altında qalmışdı. Maşınlar yolda hərəkət edə bilmirdi. İnsanlar tamamilə islanmışdılar və heç kəsin üzündə təbəssüm görünmürdü. -Eh, mərci uduzdum, -deyə birinci bulud köksünü ötürdü və dostlarının yanına qayıtdı. İkinci bulud çox diribaş idi. O, dənizə tərəf uçdu və qızmar günəş altında balıq tutan balıqçılara dedi: -Ey balıqçılar, mən sizə kömək edərəm. Görürəm ki, sizə çox istidir. Günəş yandırıb-yaxır. Bu saat yağış yağdırıb sizi sərinlədərəm. Elə yağış yağdırdı ki, bütün qayıqlar su ilə doldu. Balıqçılar isə əsla sevinmədilər. Buluda acıqlanıb dedilər: - Çıx get, bulud! Sən bizim işimizi korladın. Balıqlar qaçıb getdilər. İkinci bulud kədərlə dedi: -Eh, mən də uduzdum. Növbə üçüncü buluda çatdı. - Yəqin ki mən də heç kimi sevindirə bilməyəcəm, -deyə üçüncü bulud düşündü. - Axı çox balacayam. Yağışım da çox azdır. Balaca bulud kiçik bir kəndə yollandı. Meşənin üstündə bir az yağış səpələyib dayandı. Günəş heç nə olmamış kimi torpağı qızdırmağa başladı. Balaca bulud nəfəsini dərib bir az gözlədi və yenidən işə başladı. Yerə daha bir neçə damcı yağış çilədi. Dostlarının yanına qayıdıb dedi: -Eh, mən də mərci uduzdum! Buludlar dedilər: -Necə yəni uduzdun? Bax, gör insanlar necə şənlənirlər. Balaca bulud aşağı boylandı və heyrətə gəldi! Doğrudan da, adamlar sevinc içində gah evə, gah meşəyə qaçırdılar. Dolu zənbilləri evə boşaldıb yenidən meşəyə qayıdırdılar. Tullanır, qaçışır, göbələkləri qurutmaq üçün hasardan asırdılar. Onlar bir-birlərinə deyirdilər: -Nə yaxşı bulud idi! Meşədə o qədər göbələk var ki, yığmaqla qurtaran deyil. Viktoriya Valyuk Mənbə:portal.azertag.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hekayələr
Baxış sayı: 918
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN