SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Qarı və pişik

whatsappda paylaş Whatsapp-la göndər
Qarı və pişik
Bir gün bir qarı inəyini apardı suvarmağa. İnək buzun üstündən sürüşüb yıxıldı və qıçı sındı. Qarı buza dedi: - A buz, sən nə güclüsən? Buz cavabında dedi: - Əgər mən güclü olsaydım, günəş məni əritməzdi. Qarı dedi: - A günəş, sən nə güclüsən? Günəş cavabında dedi: - Əgər mən güclü olsaydım, bulud qabağımı kəsməzdi. Qarı dedi: - A bulud, sən nə güclüsən? Bulud dedi: - Mən güclü olsaydım, yağış məndən yağmazdı! Qarı dedi: - A yağış, sən nə güclüsən? Yağış dedi: - Mən güclü olsaydım, ot məndən bitməzdi. Qarı dedi: - A ot, sən nə güclüsən? Ot dedi: - Mən güclü olsaydım, qoyun məni yeməzdi! Qarı dedi: - A qoyun, sən nə güclüsən? Qoyun dedi: - Əgər mən güclü olsaydım, qurd məni yeməzdi! Qarı dedi: - A qurd, sən nə güclüsən? Qurd dedi: - Mən güclü olsaydım, it məni boğmazdı. Qarı dedi: - A it, sən nə güclüsən? İt dedi: - Əgər mən güclü olsaydım, çoban məni döyməzdi. Qarı dedi: - A çoban, sən nə güclüsən? Çoban dedi: - Mən güclü olsaydım, xanım məni söyməzdi. Qarı dedi: - A xanım, sən nə güclüsən? - Xanım dedi: - Əgər mən güclü olsaydım, siçan torbalarımı kəsməzdi. Qarı dedi: - A siçan, sən nə güclüsən? Siçan dedi: - Əgər mən güclü olsaydım, pişik məni yeməzdi! Qarı dedi: - A pişik, sən nə güclüsən? Pişik iki əlini qabağa, iki ayağını dala qoyub, gərdənini çəkib, quyruğunu qalxızıb, gözlərini bərəldib, dilini çıxarıb, qarıya dedi: Güclüyəm ha, güclüyəm, Dəmir daraq dişliyəm. Yük üstü yaylağımdır, Yük altı qışlağımdır. Kürsü üstə duraram, Bığlarımı buraram... Firudin bəy Köçərlinin “Balalara hədiyyə” kitabından götürülüb Mənbə:portal.azertag.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hekayələr
Baxış sayı: 1738
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN