Tülkü və kəklik

whatsappda paylaş Whatsapp-la göndər
Tülkü və kəklik
Bir kəklik dağ başında oxuyurdu. Tülkü onun səsini eşidib yanına gəldi və dedi: -Ay kəklik, sən ki belə gözəl quşsan və belə gözəl səsin var, elə həmişə oxuyursan? Bəs sən heç yuxulayıb yatmırsan? Kəklik dedi: -Niyə yatmıram, əlbəttə ki, yatıram! Tülkü dedi: - İndi ki belədir, bir mənə göstər görüm, sən necə yatırsan? Kəklik yatmağını tülküyə göstərmək üçün gözlərini yumdu. Tüklü cəld sıçrayıb onu tutdu. Kəklik gördü ki, tülkü onu aldadırmış. Axmaqlıq edib onun hiyləsinə inanıb. İndi tülkü onu yeyəcək. Başını tülkünün ağzından çıxarıb dedi: - Ay tülkü baba, sən ki, belə zirək heyvansan və belə cəld şikar tutursan, heç şikarı yeyəndə Allaha şükür edirsən? Tülkü cavab verdi: - Necə ki eləmirəm, yaxşı eləyirəm. Onda kəklik dedi: - İndi tutaq ki, sən məni yeyibsən, bir Allaha şükür elə görüm, nə sayaq edirsən? Tülkü ağzını açdı ki, şükür eləsin, kəklik bu anda uçub qondu bir qayanın üstünə. Tülkü vəziyyəti belə görüb dedi: - Kəklik qardaş, sən ki mənim ağzımdan qurtardın, get. Amma lənət olsun o adama ki, şikarını yeməmiş Allaha şükür edə! Kəklik cavabında dedi: - Yaxşı deyirsən, tülkü baba, o adama da lənət gəlsin ki, yuxusu gəlməmiş gözlərini yumub yatmaq istəyə! Firudin bəy Köçərlinin “Balalara hədiyyə” kitabından götürülüb Mənbə:portal.azertag.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hekayələr
Baxış sayı: 2272
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: cabarov.beyrek@mail.ru

  • BİZİ FACEBOOKDA İZLƏYİN