SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Göy qurşağı necə yaranıb?

whatsappda paylaş Whatsapp-la göndər
Göy qurşağı necə yaranıb?
Günlərin birində bütün rənglər bir yerə toplaşırlar. Yaşıl rəng deyib: Rənglərin ən önəmlisi mənəm. Mən həyatın və ümidin rəngiyəm, çəmənlər, ağaclar, yarpaqlar üçün seçilmişəm. Mavi rəng: Sən sadəcə yer üzünün rəngisən. Bəs mən? Mən göy üzünün, həm də dənizin rəngiyəm. Göy üzünün mavisi insanlara sakitlik verir və bu olmasa, siz heç bir işə yaramazsınız, - deyib. Sarı rəng: Siz nə danışırsınız? Mən bu dünyanı isidən, günəşin rəngiyəm. Mən olmasam, soyuqdan hamınız donarsınız, - deyib. Narıncı sarının sözünü kəsib: Bəs mən? Mən sağlamlığın və müqavimətin rəngiyəm. İnsanın yaşaması üçün lazım olan vitaminlər mənim rəngimdədir. Unutmayın ki, çox görünməsəm də, günəş doğarkən və batarkən göy üzünə o gözəl rəngi verən mənəm, - deyib. Qırmızı: Mən hamınızdan üstünəm! Mən qan rəngiyəm. Qan olmasa, həyat da olmaz. Mən təhlükə və cəsarətin rəngiyəm. Sevginin rəngiyəm, mən olmasam, bu dünya bomboş olardı, - deyib. Bu zaman bənövşəyi rəng dillənib: Hamınızdan üstün mənəm... Mən gücün rəngiyəm. Bütün krallar, liderlər məni seçiblər. Mən biliyin rəngiyəm, insanlar məni imtahan etməzlər, dinləyərlər. Bütün rənglər “ən böyük mənəm” deyərək mübahisə edirlər. Bu zaman şimşək çaxır, yağış yağmağa başlayır. Bütün rənglər nə baş verdiyini anlamayıblar. Çox qorxaraq bir-birilərini qucaqlayıblar. Bu anda yağışın səsi eşidilib: Siz niyə dava edirsiniz, məgər bilmirsiniz ki, hamınız bir-birinizdən fərqli olaraq yaradıldınız və hər birinizin öz işi var. Əl-ələ tutun və yanıma gəlin, - deyib. Rənglər etdiyi hərəkətlərdən utanıblar. Əl-ələ tutub göy üzünə qalxıblar və sanki bir yay şəklini alıblar. Yağış onlara “bundan sonra hər yağış yağdıqdan sonra bir rəng sevinci kimi göy üzündə birləşəcəksiniz. İnsanlar sizi görəndə sakitlik, güc tapacaqlar özlərində. İnsanlara sabahlar üçün ümid olacaqsınız. Göy üzünü bir qurşaq kimi bürüyəcəksiniz və sizə göy qurşağı deyəcəklər, - deyib. O vaxtdan yağışdan sonra göy üzündə göy qurşağı yaranır… Mənbə:portal.azertag.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hekayələr
Baxış sayı: 1111
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN