SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Yalnız və yalnız körpəm üçün...

whatsappda paylaş Whatsapp-la göndər
Yalnız və yalnız körpəm üçün...
Avstraliyada o günə qədər görünməmiş bir quraqlıq başlamışdı. Meşədə yaşayan heyvanlar susuzluqdan ölürdülər. Onların bəziləri su tapmaq üçün kəndlərə baş vururdular. Amma kəndlərdə su qıtlaşmışdı. İnəklər və qoyunlar susuzluqdan zəif düşmüşdülər. Kəndlilər isə olan-qalan su ilə həm özlərini, həm də heyvanlarını xilas etməyə çalışırdılar. Ona görə də bu suyu meşə heyvanları ilə “bölüşmək” niyyətində deyildilər. Hətta bəzi kəndlilər əllərində tüfəng su anbarlarının yanında keşik çəkirdilər... Günlərin birində əlində silah suya keşik çəkən bir kəndli kolluqların arasından bir səs eşitdi. “Yəqin ki, meşədəki heyvanlardan biridir” – deyə düşündü. Astaca səs gələn tərəfə getdi. Yaxınlaşıb tüfəngini qaldırdı və heyvanın kolluqdan çıxmasını gözlədi. Bir azdan kolların arasından kisəsində balası olan bir kenquru çıxdı. Kenquru qəhvə rəngli gözləri ilə kəndliyə baxır və sanki bir udum su üçün yalvarırdı. Kəndli istər-istəməz əlini tətikdən çəkdi. Heyvana və yanındakı balasına yazığı gəldi. Kenquru asta addımlarla inəklər üçün qoyulan su qabına tərəf getdi. Kəndli diqqətlə onun hərəkətlərinə göz qoyurdu. Kenquru da gözlərini kəndlidən çəkmirdi. Nəhayət, kenquru su qabına çatıb dayandı. Balası isə suya cumub içməyə başladı. Balaca kenquru o qədər susamışdı ki, az qala qabın içinə düşəcəkdi. Ana kenquru isə yalvarış dolu baxışlarla kəndliyə baxmaqda davam edirdi. Kenquru balası doyunca su içib başını qaldırdı. Suya dodağını belə toxundurmayan ana kenquru balası ilə birlikdə gəldikləri yerə tərəf getdi. Bir azdan hər ikisi gözdən itdi. Baş verənlərə tamaşa edən kəndli isə tüfəngini bir kənara qoyaraq səssizcə ağlayırdı. Çünki ana kenquru bir udum da su içməmişdi. O yalvarış dolu baxışlar isə “yalnız və yalnız körpəm üçün...” demək idi. Mənbə:portal.azertag.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hekayələr
Baxış sayı: 967
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN