SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Tənasül (cinsiyyət) üzvlərinin gigiyenası

whatsappda paylaş Whatsapp-la göndər
Tənasül (cinsiyyət) üzvlərinin gigiyenası
Tənasül üzvlərinin infeksiyalara qarşı profilaktikası doğulandan başlanır. Onlar günde bir neçə dəfə yuyulmalı, iltihaba yol verilməməlidir. Südəmər uşağın tənasül üzvləri nahiyəsində kobud manipulyasiyalara yol vermək olmaz. Nisbətən iri yaşda tənasül üzvləri səpələnən su (duşla) ilə yuyulmalıdır. Yaxşı olar ki, bu əməliyyatlar yatmazdan əvvəl olsun. Yavaş-yavaş uşaq buna o qədər öyrəşər ki, bunsuz keçinə bilməz. 7-8 yaşında bu əməliyyatı özü edər. Təmizlik proseduraları üçün şərait olmadıqda, hər dəfə sidik ifraz edəndə və ya bağırsaqlar boşalanda budun yuxarı hissəsi qıcıqlanır. Bir də ki, ifrazatlar paltara hopanda mikroblara şərait yaranır. Kolqotkalar gigiyenik deyil. Tənasül üzvləri nahiyəsində qaşınma olsa həkimə müraciət edilməlidir. Həkim bağırsaq qurdunun olub-olmamasını müəyyən etmək üçün analiz göndərir ve müalicə təyin edir. Reproduktiv funksiya pozuntularının qarşısını almaq üçün xroniki qəbizliklə mübarizə aparılmalıdır. Çünki, çanaq sümüyü nahiyesində qan durgunluğu əmələ gəlir, tənasül üzvlərinin yerləşmə vəziyyəti pozulur. Çox vaxt dözmək adətindən olur. Əgər səhər tezdən və ya yatmazdan əvvəl ayaqyolunda olmamısınızsa, məktəbdə dözməy məcbursunuz, hər dəfə dərsdən icazə almaq mümkün olmur, bir də ki, məktəb ayaqyolusu çox da abad deyil. Tənasül üzvlərinin gigiyenası qızlarda aybaşı, oğlanlarda pollüsiya zamanı daha vacibdir. Yadda saxlayın ki, aybaşı vaxtı qadın orqanizminin xoşagəlməyən faktorlara dözümlülüyü azalır. Aybaşı olanda nəm torpaqda uzansanız yumurtalıqlar soyuqlayır, illər uzunu qarnın aşağı hissəsində və bəldə ağrılar olur, tsikl pozulur. Aybaşı vaxtı hovuzlarda çimdikdə uşaqlığın selikli qişasında iltihab əmələ gələr, vaxtaşırı qanaxma və ağrı olar. Bu həmişə belə olmur, vaxtilə sağlamlıqla belə münasibətdə olduqda qadınların çoxu ginekoloqda müalicə olunurlar.Aybaşı vaxtı günün altında çox qalmaq, uzun müddətli səyahətlər etmək, uzaqlara ekskursiyada (gəzinti), yorucu rəqslərdə, oyunlarda iştirak etmək, bərk qaçmaq, hoppanmaq, ağırlıq qaldırmaq olmaz. Yadda saxlamaq lazımdır ki, aybaşı xəstəlik deyil, adi həyat tərzidir. Bu vaxt adi günlərə nisbətən isti geyinmək, ayaqlar, bel, qarnın aşağı hissəsi soyuqlamadan qorunmalıdır. Aybaşı vaxtı gündəlik iş görülür, amma ağırlıq bir az azaldılmalıdır.Aybaşı haqda qız bilməli, şəxsi qadın gigiyenasına tam əməl etməlidir: gündəlik təmizliklə (tualet) məşğul olmalı, aybaşı zamanı xüsusi döşəkciklərdən (prokladka) istifadə etməlidir. Pambıq ve tənzifdən, yaxud yumşaq parçadan özləri də düzəldə bilər, hazırını da almaq olar. Islandıqca dəyişilməlidir, təmiz və ütülənmiş dəsmal da lazımdır. Qız bilməlidir, hansı paltar daha rahatdır. Xarici tənasül üzvləri təmiz saxlanmalı, təmiz əllərlə yuyulmalıdır. Yuyunmaq ilıq, axar su ilə daha yaxşıdır. Adi günlərdə 2 dəfə - yuxudan duranda və yatmazdan qabaq, aybaşı vaxtı 3-4 dəfə. Düz bağırsaqdan infeksiya düşməməsi üçün öndən arxaya doğru yuyulur. Uşaqlıq boynunun içərisi yox, o, öz-özünü təmizləyir, ətrafı yuyulur. Tənasül üzvlərinin selikli qişası qaşındıqda çobanyastığı, çay, pişikdili otlarının cövhərindən istifadə etmək məsləhətdir. Sabun neytral olmalıdır, uşaq lakolin sabunu. Bahalı sabunlarda olan yağlar və ətir maddələri dərini qıcıqlandırır və qurudur. Aybaşıda vanna qəbul etmək, hamamda çimmək olmaz, ilıq duş qəbul etmək olar. Alt paltarı hər gün dəyişilməlidir, islananda daha tez-tez. Gigiyenik proseduraların tezliyi və intensivliyi fərdidir. Hər şey ifrazatın miqdarından və xassəsindən asılıdır (pis qoxu). Uşaqlıq boynunu şirinq etmək lazım deyil, infeksiya keçə bilər, adi günlərdə də selikli qişa yuyulmur, çünki uşaqlıq boynunun funksiyası zəifləyər. Oğlanlarda bu "problemlər" yoxdur, amma səhərlər xarici tənasül üzvlərini yumalıdır, gecə pollusiyasından sonra alt paltarı və yataqda sperma qalır, yuyulmasa iltihab verə bilər. Mənbə:qadinlar.biz
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Gigiyena
Baxış sayı: 2541
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN